Reklam
Azər Qocayev şəhid məzarlarını ziyarət edib, ailələri ilə görüşüb - ŞƏKİLLƏR
26-08-2021 18:30

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev II Fəxri Xiyabanda dəfn edilmiş Milli Qəhrəman General-Mayor Polad Həşimovun, Polkovnik–Leytenant Anar Əliyevin, Polkovnik–Leytenant Rasim Abdullayevin, Polkovnik–Leytenant Zaur Cəfərovun, Leytenant Nicat Atayevin, əsgər Elnur Mustafayevin və digər şəhid məzarlarını ziyarət etdi.
Dalidag.az -ın xəbərinə görə, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri Abşeron rayonu Xırdalan şəhərində şəhid Polkovnik–Leytenant Rasim Abdullayevin, Sabunçu rayonu Ramana qəsəbəsində şəhid Polkovnik–Leytenant Zaur Cəfərovun və Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsində Şəhid Elnur Mustafayevin ailələri ilə görüşüb.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid ailələrinin qayğıları ilə maraqlanmış və ailə üzvlərinə səbr diləmişdir. Müzəffər ordunun qalib sərkərdəsi, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr tarixindən başlayan 44 gün ərzində davam edən Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatdığını vurğuladı.Vətənin azadlığı, bütövlüyü yolunda canından keçmiş şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyərək bildirmişdir ki, vətənpərvər mərd igidlərimizin sayəsində biz doğma Kəlbəcərimizə,Qarabağımıza qayıdırıq.
Bugün dövlətimizin başçısı möhtərəm cənab prezident İlham Əliyev, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir, onları narahat edən məsələlərə həssaslıqla yanaşılır. Rayon İcra Hakimiyyəti də daima şəhid ailələrinə, qazilərə xüsusi diqqətlə yanaşıb, bundan sonra da bu yanaşma davam edəcəkdir. Şəhid olmuş hərbiçilərimizin ailə üzvləri dövlətimizin başçısı cənab İlham Əliyevin xüsusi diqqət mərkəzindədir .
Azər Qocayev şəhid ailələrini narahat edən məsələlərlə maraqlandı. Onların müraciət və istəklərini dinləyən rayon rəhbəri, problemlərin həlli istiqamətində lazım olan bütün tədbirlərin görüləcəyini şəhid ailələrinə bildirdi. Sonda Şəhidlərin xatirə şəkilləri və əşyaları ilə tanış oldu.Şəhidin ailə üzvləri şəhid ailələrinə, itkin düşmüş hərbiçilərimizin ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini ifadə etdilər.
Dalidag.az

















Kateqoriya: Sosium
Tarix: 26-08-2021 18:30
Baxış sayı: 4450Yazı axını
22 / 12 / 2025
22 / 12 / 2025
21 / 12 / 2025
21 / 12 / 2025
20 / 12 / 2025
19 / 12 / 2025
18 / 12 / 2025
18 / 12 / 2025
17 / 12 / 2025
17 / 12 / 2025
16 / 12 / 2025
16 / 12 / 2025
16 / 12 / 2025
15 / 12 / 2025
14 / 12 / 2025
14 / 12 / 2025
13 / 12 / 2025
13 / 12 / 2025
12 / 12 / 2025
11 / 12 / 2025
11 / 12 / 2025
10 / 12 / 2025
09 / 12 / 2025
09 / 12 / 2025
08 / 12 / 2025
Ən çox oxunanlar




.jpg)























