Erməni təcavüzü nəticəsində öz isti ocağını tərk etmiş onlarla soydaşımız əli Vətənə uzalı dünyasını dəyişdi, onlar qaçqınlığın acı taleyində tək bircə arzuyla yaşadı: -bircə dəfə gedib o torpağı görə bilsəydim. Neçə-neçə analarımız, atalarımız, qardaş və bacılarımız bu ayrılığa dözməyib bu həyatla vidalaşanda torpağa əmanət qoyuldular, o məqsədlə ki, bir gün onların dünyaya göz açdıqları doğma yurd işğaldan azad olunduqda onların nəşi də əzizlərinin uyuduğu ata-baba məzarlıqlarına daşınsın.

Ermənistan ordusu bu günlərdə keçirdiyi “irimiqyaslı təlimlərdə” köhnə və modernizə edilməmiş T-55 tanklarını poliqona çıxarıb. Bu detala “Vestnik Mordoviya” portalı Ermənistan Müdafiə Nazirliyinin yaydığı fotolara əsasən diqqəti cəlb edib. Təlimlərdə bir neçə T-72 tankı da görünüb. Qeyd edək ki, Ermənistan ordusu özünün tank arsenalının böyük qismini 44 günlük Qarabağ müharibəsində itirib. Düşmənin 270-ə yaxın tankı Azərbaycan ordusu tərəfindən məhv edilib, 70-dən çox tank hərbi qənimət kimi

Müdafiə Nazirliyi Füzuli rayonunun Arış kəndindən videogörüntülər yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

"Rayonlara gediş-gəlişin artması, insanların bir yerdən, digərinə miqrasiyasının sürətlənməsi koronavirusun da miqrasiya etməsinə gətirib çıxaracaq”. Dalidag.az xəbər verir ki, bu barədə Novruz bayramı ilə əlaqədar insanların rayonlara gediş-gəlişinin artmasından danışarkən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. Deputat qeyd edib ki, Novruz bayramı ilə əlaqədar insanların gediş-gəlişi də artıb: "Novruz çərşənbələrində "Qara bayram”la əlaqədar qəbir üstünə

“Təmsil olunduğum Kəlbəcər rayonundan olan seçicilərin istək və xahişlərini diqqətə çatdırmaq istəyirəm. İlk öncə qeyd edim ki, kəlbəcərlilər daim ulu Öndər siyasətinə sadiq olublar və bu gün də bu ənənəni davam etdirirlər. Eyni zamanda möhtərəm, cənab Prezidentin 17 illik fəaliyyətində əldə etdiyi uğurları və xüsusən də 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm qələbəni, işğaldan azad olunmuş bölgələrimizdə qısa müddətdə başladılan irimiqyaslı layihələri yüksək dəyərləndiririk. Buna

Bu gün (dünən.red) Təbrizimin 1 yaşı olur, çox sevincliyəm. 5 yaşlı Təbrizimin 4 may doğum gününə, 24 mart, Tanrının verdiyi ikinci şans-xoş gün kimi yazıldı, əlavə olundu. İlik köçürülmə əməliyyatının bir ili tamam olur. Bir il, bir igidin ömrü qədər uzun və həyacan dolu bir zaman... 15 yanvar 2020-ci il Təbrizimin şəfası naminə Allaha sığınaraq, Türkiyəyə yola düşürük. Bu yolda bizi nələr gözlədiyindən xəbərsiz-ətərsiz, Hüseynim, Təbrizim, uşaqların anası və mən. Danyalımı valideynlərimin

Bu gün Xankəndində özünü respublika adlandıran separatçı qurumun parlamentinin iclası keçirilib. Sputnik-Armenia xəbər verir ki, iclas zamanı separatçı deputatlar rus dilinin ikinci dövlət dili elan olunması haqqında qərar qəbul ediblər. Qanun layihəsinin qəbuluna 27 deputat səs verib, 2 nəfər səsvermədə iştirak etməyib, daha 2 nəfər isə iclasa qatılmayıb. Separatçı deputatların qəbul etdiyi ikinci qərar qondarma qurumun yeni ombudsmanının təyin olunması barədə olub. 22 lehinə, 8 əleyhinə

Qarabağda ən vacib yollardan biri sayılan Qırmızı Bazar-Şuşa yolu ilə bağlı xəbər var. Ermənistan KİV-i xəbər verir ki, yol yerli qanunsuz birləşmələrin nəzarətindən alınaraq, Rusiya sülhməramlı missiyasının nəzarəti altına keçəcək. Beləliklə, yolda hərəkət qrafikini yalnız rusiyalı hərbçilər tənzimləyəcək. Bununla da, Azərbaycan Ordusunun Xocavənd rayonunun Qırmızı Bazar kəndi ilə Şuşa şəhəri arasındakı yoldan daha intünsiv istifadə etməsinə şərait yaranacaq./modern.az Dalidag.az

Dünyada iqlim dəyişikliyinə diqqət çəkmək üçün martın 27-də işıqlar bir saat söndürüləcək. Dalidag.az xəbər verir ki, bu, Ümumdünya Təbiəti Mühafizə Vəqfi tərəfindən 2007-ci ildən bəri dünyada təşkil edilən "Dünya Saatı" tədbiri çərçivəsində gerçəkləşdiriləcək. Hər il dünya miqyasında mart ayının son şənbə günü təşkil edilən "Dünya Saatı" tədbiri bu həftənin şənbə günü yerli vaxtla 21:30-22:30 arasında reallaşacaq. İqlim böhranına diqqət çəkmək üçün işıqların bir saat ərzində söndürüldüyü bu

Azərbaycanda hava gəmisinə Ermənistan işğalından azad olunmuş Şuşa şəhərinin adı verilib. Dalidag.az xəbər verir ki, bu haqda AZAL aviaşirkəti məlumat yayıb. “Şuşanın adını daşıyan "Boeing 787 Dreamliner" təyyarəmiz ilə xüsusi qürur duyuruq”, - deyə məlumatda bildirilir.
Yazı axını