Lilpar Cəmşidqızı 1965-ci ildə Bərdə rayonunda anadan olub. Orta təhsilini Bərdə rayonunda alıb. 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun “Kimya-Texnologiya” fakültəsinə qəbul olub, 1992-ci ildə institutu müvəffəqiyyətlə bitirib. Hal-hazırda Sumqayıt şəhərində yaşayır, iki övladı var. L.Cəmşidqızı öz sənəti üzrə işləmir, yaradıcılıqla məşğul olur. Çoxlu sayda şeir, qəzəl və rübailər müəllifidir. Onun indiyədək oxuculara “Tənhalıq içində əllər üşüyür” şeirlər kitabı, Rübailər kitabı və

Erməni sosial şəbəkələrində yayılan məlumata görə, Azərbaycanın Qazax rayonunun işğal altındakı 7 kəndi ilə bağlı demarkasiya və delimaitasiya işləri başlanıb. Xəbərlərdə artıq Barxudarlı kəndinin ermənilərdən boşaldıldığı da bildirilib. Digər 6 kəndin də tezliklə Rusiya sülhməramlılarının vasitəçiliyilə Azərbaycan Ordusunun nəzarətinə veriləcəyi qeyd edilir. Ermənilərin sosial şəbəkələrdə yazdıqları şərhlərdən təşvişə düşdükləri hiss olunur. Hətta bir çoxları sos siqnalı verərək, kəndlərin

Atalar yaxşı deyib, sözün də qanadı var. Ətrafımızda qanadlanan sözlərin öz sirri və sirdaşı var. Sözə hər an sirdaş olan və sirrini sözlərlə paylaşan Azərbaycanın, eləcə də Türk dünyasının dəyərli şairi və el ağsaqqalı Məmməd Aslan ömrünü söz yolunda bir əbədi heykəl etmişdir. Məmməd Muxtar oğlu Aslanov 1939- cu ildə Kəlbəcər rayonunun Laçın kəndində anadan olmuşdur. Erkən yaşlarında atasını itirən şairin həyatı keşməkeşli olmuşdur. Ruhunu bürümüş doğma Kəlbəcər elinin saf havasını sözlərində

"...Apar məni, ilahi Sığınım göy üzünə. Kəhkəşanda bir az da Yaxın olum mən sənə..." Dalidag.az Fərid Muradzadənin yeni şeirini təqdim edir: APAR MƏNİ, İLAHİ Apar məni, ilahi, Apar məni buradan. Sən ey hər şeyi görən, Sən ey gözəgörünməz Yoxluqdan var yaradan. Bu dünyada zülm çox, Bu dünyada zalım çox, Mənim daha burada Dayanacaq halım yox. Apar məni, ilahi Sığınım göy üzünə. Kəhkəşanda bir az da Yaxın olum mən sənə. Istəmədən gəlmişəm Yalan-dolan dünyaya. Qaytar məni geriyə, Ruhum olan

Süleyman Abdulla yaradıcılığı hələ də öz tədqiqini tapmayan, dəyəri verilməyən, təmənnalı tənqidçilərin gözlərindən "yayınan" zəngin poetik dünyadır. Bu dünyanın sirli, sehirli sözündən, mənəvi gözəlliyindən bəhrələnmək çoxlarına sərf eləmir. Çünki bu "ayinədə əyri görürlər özlərini". Tanrı sənə rəhmət eləsin , böyük Mirzə Ələkbər Sabir. Bu günümüzün ədalətini ölçən "Femidaların" öz arşını, öz tərəzisi var. Necə və nəyi çəkirlər? Bunu heç Tanrı da bilmir. Bilirsə də səsi gəlib bizə çatmır.

Müharibə bitmiş kimi görünmür, amma Ermənistan ordusu iflic vəziyyətindədir. Dalidag.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan deyib. Vrtanesyan 44 günlük müharibədən sonra Azərbaycan ordusunun daha müasir silahlarla gücləndirildiyini, Siilahlı Qüvvələri yenidən qruplaşdırıldığını iddia edib. Ekspert müharibənin bitmədiyini, genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaya biləcəyini söyləyib: "Ermənistanın isə bütün təhlükəsizlik sistemi iflic vəziyyətindədir. Görünən

Rusiya və Belarus üç savaş mərkəzi qurmaqla bağlı razılaşıb. Dalidag.az-ın məlumatına görə, Rusiya Müdafiə naziri Sergey Şoyqu və Belarus Müdafiə naziri Viktor Xrenin Moskvada bir araya gələrək sözügedən mövzuda razılaşmanı imzalayıblar. Razılaşma ilə bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müqaviləyə əsasən, Belarusda bir, Rusiyada isə iki müharibə mərkəzi yaradılacaq. Qərb ölkələrini özləri üçün təhlükə olaraq qəbul edən Belarus və Rusiya razılaşma ilə quracaqları
Yazı axını