Şair Məhəbbət Kəlbəcərlinin yeni şeirlər kitabı işıq üzü görüb. Dalidag.az bildirir ki, bu barədə şair özü məlumat verib: "Əziz dostlar, dəyərli oxucular, bu gün görüşünüzə 7-ci kitabım olan "Zaman külək, mən yarpaq" kitabımla gəlmişəm, görək söhbətimiz necə keçir, sizlərə uğurlar arzulayıram!" Dalidag.az ailəsi olaraq şairi təbrik edir, yeni yaradıcılıq uğurları diləyir və bir neçə şeirini oxucuların ixtiyarına veririk. OYY Gəncliyimi koruxmağa qoymuyun, Eşitmirsiz?--dağım, düzüm, dərəm oyy !

"Qarabağın müstəqilliyinin tanınması vətənpərvər bir addım deyil, siyasi məsələdir; bəzi şərtlər nəzərə alınaraq qərar verilməlidir”. Dalidag.az xəbər verir ki, bu sözləri Ermənistan müxalifətinin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan jurnalistlərlə söhbətində deyib. "Qarabağın tanınması məsələsi o anın siyasi məqsədəuyğunluğu ilə bağlıdır. Əgər bu addımı ataraq bütün dostlarımızla münasibətləri korlamırıqsa, tək qalmırıqsa, qəbul etməliyik. Başqa sözlə, Qarabağın müstəqilliyi məsələsi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının toplantısında çıxış edib. Dalidag.az "Haber Qlobal"la istinadla xəbər verir ki, Prezident çıxışında müxalifəti sərt tənqid edib. O, CHP-nin hökumətdə təmsil olunduğu zaman ölkənin enerji durumunun bərbad olduğunu vurğulayıb və bunun hazırkı fəaliyyətlərində maneə yaratdığını bildirib. Ərdoğan eyni zamanda CHP fəallarının sosial şəbəkələrdə yazdıqlarına bu cür reaksiya verib: "Son zamanlar CHP fəalları tvit yarışındadırlar. Yatırlar, dururlar

Ermənistan tədricən ikinci Suriyaya dönəcək və orada yeni qarşıdurmalar baş verəcək. Dalidag.az xəbər verir ki, bu barədə pedaqoji elmlər namizədi, Ermənistan Respublika Partiyasının üzvü Levon Nazaryan bildirib. “Yaxın zamanlarda Ermənistan Suriyaya bənzəyəcək və orada daş-daş üstündə qalmayacaq. Bu müharibə üçün yeni bir “X zonası” olacaq. Üstəlik, Qərb də Zaqafqaziyada öz maraqlarını Ermənistanın dağıdılması bahasına irəlilədir. İrəvanda hakimiyyətin Rusiya Federasiyasının nəzarətinə

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçı Azər Qocayev 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə münasibəti ilə Vətən müharibəsi iştirakçılarını təbrik edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyev uzun müddət ərzində erməni vandalları tərəfindən işğal altında saxlanılan torpaqlarımızı gecə-gündüz yorulmadan, milli maraqlarımızı hər şeydən üstün tutaraq apardığı siyasi mübarizənin nəticəsi olaraq azad etmişdir. Rəhbər, xalq, ordu birliyinin və bu

Dövlət Avtomobil Nəqliyyatı Xidməti respublika ərazisində sərnişindaşımada qiymət artımı ilə bağlı yayılan məlumatlarla əlaqədar əhaliyə müraciət edib. Qurumdan verilən məlumatda bildirilir ki, paytaxt istisna olmaqla (Bakı şəhəri daxilində ictimai nəqliyyatın tənzimlənməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir) respublikanın digər regionlarında şəhərdaxili, rayondaxili və Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda süni qiymət artımı ilə qarşılaşdığınız zaman

Bir ildən artıqdır ki, Azərbaycanda Ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçkiləri keçirilib. 6-cı çağırış deputat seçkilərinin nəticəsi bəzi məqamlarda qənaətbəxş olmasa da, millət vəkili adı qazananlar arasında yeni simalar da mövcuddur. Sonuncu seçkilərdə xalq bu dəfə hər şeyin dəyişəcəyinə çox ümid bəsləyir, seçdiyi deputatın hər zaman ona dəstək olacağına və millət vəkili adını doğruldacağına inanırdı. Bir illik fəaliyyət göstərir ki, heç də bütün deputatlar daşıdıqları

Daha bir vətən müharibəsi iştirakçısı, qazimiz Yusif Cabirzadə tibb bacısı olan bir xanımla nişanlanıb. Əslən Yevlax rayonundan olan Ceyran Qurbanova artıq 6 ildir ki, Gəncə Mərkəzi Klinikasında çalışır. Vətən müharibəsində Yusif yaralandıqdan sonra elə Ceyranın işlədiyi xəstəxanaya gətirilib. Gənclərin tanışlığı da burada başlayıb. Nişanlı olan cütlük artıq toya hazırlaşır. Tibb bacısı Ceyran Yusifdən bəhs edir: 2 gün öncə nişan üzüyünü barmağına taxaraq, həyatını bir ömür birləşdirdiyi
Yazı axını