Dövlət Avtomobil Nəqliyyatı Xidməti respublika ərazisində sərnişindaşımada qiymət artımı ilə bağlı yayılan məlumatlarla əlaqədar əhaliyə müraciət edib.
Qurumdan verilən məlumatda bildirilir ki, paytaxt istisna olmaqla (Bakı şəhəri daxilində ictimai nəqliyyatın tənzimlənməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir) respublikanın digər regionlarında şəhərdaxili, rayondaxili və Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda süni qiymət artımı ilə qarşılaşdığınız zaman 012-566-52-58 nömrəli "Çağrı Mərkəzi"nə zəng edib məlumat verməyinizi xahiş edirik:
"Bu günə qədər süni qiymət artımı ilə bağlı daxil olan şikayətlərin 96 %-nin müntəzəm marşrut xətlərinə aid olmadığı aşkarlanıb. Müntəzəm marşrut xətlərində rast gəlinən süni qiymət artımının isə sürücünün fərdi təşəbbüsü olduğu məlum olub. Bununla bağlı müvafiq daşıyıcı şirkətə məlumat verilərək problem həllini tapıb, gediş haqqı əvvəlki vəziyyətinə qaytarılıb. Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq daşıyıcı şirkət rəhbərlərinə və ictimai nəqliyyatı idarə edən sürücülərə xəbərdarlıq edirik ki, süni qiymət artımına yol verdikləri halda tərəfimizdən sərt tədbirlər görüləcək".
Reklam
Bu avtobuslarda sürücülər gediş haqqını qaldırdı – XƏBƏRDARLIQ
10-03-2021 12:43

Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 10-03-2021 12:43
Baxış sayı: 4274Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























