Xəbər verdiyimiz kimi, fevralın 22-dən Qarabağa qayıdışla bağlı məcburi köçkünlər arasında sorğu keçirilib. ADA Universiteti tərəfindən keçirilən sorğular bir-neçə istiqaməti əhatə edib. Bunlardan birincisi onlayn sorğulardır ki, bu sorğularda on minlərlə məcburi köçkün iştirak edib. Sorğuların ikinci mərhələsinə start verilib. İkinci mərhələnin fərqi məcburi köçkünlərlə üzbəüz söhbətdir. Daha ətraflı Baku TV-nin süjetində:

“Erməni Apostol Kilsəsinin rəhbərliyi Kəlbəcər rayonundakı Xudavəng monastırını artıq Azərbaycan ərazisindəki kilsə kompleksi hesab edir”. Dalidag.az xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib. Jurnalist Kəlbəcərdəki qədim alban monastırı ətrafındakı son gəlişmələrə diqqət çəkib: “Erməni Apostol Kilsəsinin rəhbərliyi Kəlbəcər rayonundakı Xudavəng monastırını artıq "Azərbaycan ərazisindəki kilsə kompleksi" hesab edir. Bu isə Eçmiədzinin birmənalı şəkildə geri çəkilməsidir.

"Eldar Həsənov ilə görüşmək istəsəm də o, kəskin ağrılarına görə kameradan çıxa bilmədi." Dalidag.az xəbər verir ki, bunu həbsdə olan sabiq baş prokuror, keçmiş səfir Eldar Həsənovun vəkili Adəm Məmmədov deyib. Onun sözlərinə görə, Eldar Həsənovun səhhətində ciddi problem yaranıb: "Üç aya yaxındır ki, sabiq Baş Prokuror və səfir Eldar Həsənovun vəkiliyəm. Bu müddət ərzində E.Həsənov barəsində aparılan cinayət işi üzrə kütləvi informasiya vasitələrində hər hansı məlumatın verilməsinin əleyhinə

Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını sosial siyasətin əsas prioritetlərindən elan edərək, bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirib. İndiyədək on minlərlə məcburi köçkün ailəsi onlar üçün salınmış qəsəbə və yaşayış komplekslərində ev və ya mənzillə təmin olunub. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərir, onların yaşayış, təhsil, səhiyyə və digər məsələlərlə

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəhbərliyində dəyişiklik edilib. Dalidag.az-ın verdiyi məlumata görə, MOİK-in rəisi polkovnik Elxan Məcidov tutduğu vəzifədən azad olunub. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, həmin vəzifənin icrası müvəqqəti olaraq polkovnik-leytenant Mənsur Nəcəfova həvalə edilib. Xatırladaq ki, Elxan Məcidov MOİK-ə 2019-cu ildən rəhbərlik edirdi."report" Dalidag.az

Kəlbəcər bölgəsinə 130 ton humanitar yardım çatdırılıb. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədarük Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə həyata keçirilib. Humanitar yükə sosial obyektlər və yaşayış binaları üçün enerji və su təchizatı sistemlərinin bərpasına dair elektrik avadanlığı, gücləndirilmiş beton konstruksiyalar və tikinti materialları daxildir. Bu yüklər 20 “KamAZ” markalı yük maşını və onları

Sosial şəbəkələrin erməni seqmentində Xankəndidən erməni fahişələrin Şuşaya daşındığı haqda məlumat yayılıb. İki erməni fahişənin Xankəndidən Şuşaya rus sülhməramlıların vasitəsilə aparıldığı iddia edilib. Erməni mediası yazır ki, yayılan məlumatla bağlı rus sülhməramlı kontingentinin rəhbərliyi Qarabağdakı separatçıların təmsilçisinin iştirakı ilə araşdırma aparıb. Araşdırmadan sonra bu məlumatın tamamilə yalan olduğu bildirilib. Qeyd edək ki, nə qədər təkzib edilsə də, Azərbaycan xüsusi
Yazı axını