Reklam

"Eldar Həsənovun səhhətində ciddi təhlükə yaranıb - kameradan çıxa bilmədi" - VƏKİL
11-03-2021 17:13

Dalidag.az xəbər verir ki, bunu həbsdə olan sabiq baş prokuror, keçmiş səfir Eldar Həsənovun vəkili Adəm Məmmədov deyib.
Onun sözlərinə görə, Eldar Həsənovun səhhətində ciddi problem yaranıb:
"Üç aya yaxındır ki, sabiq Baş Prokuror və səfir Eldar Həsənovun vəkiliyəm. Bu müddət ərzində E.Həsənov barəsində aparılan cinayət işi üzrə kütləvi informasiya vasitələrində hər hansı məlumatın verilməsinin əleyhinə olub. Lakin məni bu məlumatı paylaşmağa məcbur edən Eldar Həsənovun səhhətində yaranmış təhlükəli problemlər və kəskin ağrılardır. Ona tibbi yardım göstərilməsi üçün AR Baş Prokurorluğuna bir aydan artıqdır müraciət etməyimizə baxmayaraq, bu günə kimi bizə heç bir cavab verilməmişdir. Belə münasibət E.Həsənovun fiziki cəhətdən məhv olmasının arzulandığını göstərir. Dövlətinə uzun müddət xidmət edən 66 yaşlı şəxsə qarşı bu ədalətsiz və qanunsuz münasibət dünyanın heç bir yerində yoxdur. Hətta bir neçə gün bundan əvvəl AR DTX-nin İstintaq Təcridxanasında saxlanılan Eldar Həsənov ilə görüşmək istəsəm də o, kəskin ağrılarına görə kameradan çıxa bilmədi. Hüquq mühafizə orqanlarının rəhbərləri gələcəkdə bu kimi ədalətsizliklə qarşılaşmayacaqlarından sığortalanmayıblar. Bu əsrdə belə amansız və qəddar münasibət insanı dəhşətə gətirir, - deyə o vurğulayəb.
Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.
E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
