Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Əhmədxan Əhmədovun ailəsini ziyarət edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələrinə əsasən Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə hər zaman xususi diqqət ayrılır. Onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Kəlbəcər rayonunda da davam etdirilir. Kəlbəcər Rayon İcra Hakimiyyətinin

İosif Stalin və qızı Svetlana Alliluyeva Xalqların lideri heç vaxt heç nəyi unutmurdu. Mükəmməl bir yaddaşa sahib idi və bəzən küskünlük və intiqam faktı arasında illər keçirdi. 38 yaşlı ssenarist Aleksey Kapler ilə liderin 16 yaşlı qızı Svetlana Alliluyeva arasındakı roman 1942-ci ildə müharibənin ortalarında başlamışdı. Onlar Vasili Stalinin bağ evindəki bir qonaqlıqda tanış olmuşdular. İkinci dəfə orada Oktyabr inqilabının ildönümü münasibətilə görüşürlər. Kapler içməyi xoşlamırdı, darıxan

"...Haqlıyıq, haqqın səsin, dünya duymaq istəmir! Ədalət axtarışında, Haqqa uymak istəmir!.." Dalidag.az Hüseyn Mirzənin şeirini təqdim edir Bizə birlik gərəkdir! Yüz illərdi rayrıyıq, O taylı, butaylıyıq, Bölünmüşük elbəel, Bölünmüşük ilbəil! “Haralısan” sualı Salamdan qabaq gəlir! El kəndə, kənd komaya Sanki sığacaq gəlir. Bü təfəkkür, düşüncə Sıxacaq bizi küncə! Vaxtında silkələnib, Tez ayılmaq gərəkdir, Toplum, camaat deyil, Millət olmaq gərəkdir! Yurdbizim, Vətən bizim, Həm bütöv, həm tən

Namiq Dəlidağlı …Ötən ilin bir payız günü idi. Sumqayıtda küçədə rastlaşdıq. Namiq Dəlidağlı mənə bir “əllilik” verdi ki, “xırdalayım”. Hətta məni çay süfrəsinə dəvət elədi, amma tələsdiyim üçün üzrxahlıq edərək, “əlliliyi” də cibimə qoyub getdim. İndi yadıma düşür ki, axı, o “əllilik” elə də qaldı. Fikirləşməyin ki, xəzinədar-filanam. Mən hara, pul xırdalamaq hara? Olsa-olsa, söz xırdalayaram. Elə söhbət də şair dostum Namiqin 50 yaşı üçün çap etdirdiyi əl boyda “Əllidə ələnənlər” kitabından

Martın 7-də Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş bölgəsinə gəliblər. Onlar 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuş ərazidə, Azərbaycanın Barxudarlı kəndi ətrafında demarkasiya tədbirləri həyata keçirirlər. Eyni zamanda, Azərbaycan hərbçilərinin bu zonaya gəlişi barədə məlumatlar verilir. Bildirilir ki, onlar ermənilərlə müəyyən ərazilərin azad edilməsi üçün danışıqlara başlayıb. Bu barədə bir neçə erməni KİV və Telegram kanalı Taush bölgəsinin yerli hakimiyyət

Az öncə müxtəlif KİV-də və sosial şəbəkələrdə şimal sərhədində gərginlik yaşandığı, atəş açıldığı, düşmənin böyük hərbi qüvvəsinin bu istiqamətdə cəmləşdiyi bildirilib. Şahidlərə istinadla yayılan məlumatda qeyd edilir ki, guya İcəvan və Şəmsəddin istiqamətində cəbhəyə Azərbaycan və Türkiyənin ağır texnikası cəmlənib, buna görə də Tavuşdakı 3-cü ordu korpusuna həyəcan siqnalı verilib. Yayılan bu informasiyaların heç bir əsası yoxdur. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Dalidag.az xatırladır ki, bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada,
Yazı axını