Kəlbəcər RİH-nin başçısı Azər Qocayev şəhid ailəsini ziyarət edib - Şəkil

08-03-2021 18:28
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Əhmədxan Əhmədovun  ailəsini ziyarət edib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələrinə əsasən Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə hər zaman xususi diqqət ayrılır. Onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Kəlbəcər rayonunda da  davam etdirilir. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçsı Azər Qocayev Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, səlahiyyətləri daxilində onların qaldırdıqları məsələlərə, müaciətlərə hassaslıqla yanaşıraq, onları narahat edən problemlərin tezliklə həll olunması istiqamətində aidiyyəti üzrə addımlar atır.
Dalidag.az-ın məlumatına görə, bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi Haxverdi Əkbərov və  Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları ilə birlikdə Vətən müharibəsinin şəhidi Əhmədov Əhmədxan Məzahir oğlunun ailəsini ziyarət edib. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Şəhidin keçdiyi şərəfli döyüş yolundan söz açan  İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirib ki, Əhmədxan Əhmədov kimi oğullarımız daima qəlblərimizdə əbədi  yaşayacaqdır. Azərbaycan xalqı onlarla qürurur duyaraq  şəhidlərimizin xatirəsinin hər zaman  əziz və uca tutacaqdır.
Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışan Azər Qocayev həmin qələbənin qazanılmasında Əhmədov Əhmədxanında payı olduğunu bildirib və  əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. 
Şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiaqamətində dövlət başçısının imzaladığı sərəncamlar barəsində məlumat verən İcra Hakimiyyətinin başçısı “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılmasının şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində xüsusi diqqətin təzahürü olduğunu vurğulayıb.
Şəhidin atası Məzahir Əhmədov Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqətdə saxlanıldığı bildirib. Övladı Əhmədov Əhmədxanın Vətən müharibəsində savaşaraq qəhrəmancasına şəhid olduğunu  və  hər zaman onunla fəxr etdiyini qeyd edərək ailəsi adından  şəhid ailələrinə göstərilən qayğıya və ehtirama görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.

Dalidag.az




Kateqoriya: Kəlbəcər
Tarix: 08-03-2021 18:28
Baxış sayı: 3286
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını