Reklam
Bizə birlik gərəkdir! - Hüseyn Mirzə
08-03-2021 16:57
"...Haqlıyıq, haqqın səsin,dünya duymaq istəmir!
Ədalət axtarışında,
Haqqa uymak istəmir!.."
Dalidag.az Hüseyn Mirzənin şeirini təqdim edir
Bizə birlik gərəkdir!
Yüz illərdi rayrıyıq,
O taylı, butaylıyıq,
Bölünmüşük elbəel,
Bölünmüşük ilbəil!
“Haralısan” sualı
Salamdan qabaq gəlir!
El kəndə, kənd komaya
Sanki sığacaq gəlir.
Bü təfəkkür, düşüncə
Sıxacaq bizi küncə!
Vaxtında silkələnib,
Tez ayılmaq gərəkdir,
Toplum, camaat deyil,
Millət olmaq gərəkdir!
Yurdbizim, Vətən bizim,
Həm bütöv, həm tən bizim!
Bəs arada bu çəpər,
hasar nəyə gərəkdir!
“Qardaş-qonşumuz – evi
basar”-nəyə gərəkdir!
On illərdir bu yurdu
Yağılar yağmalayır.
Tarixin pozur, silir,
iziylə damğalayır.
Haqlıyıq, haqqın səsin,
dünya duymaq istəmir!
Ədalət axtarışında,
Haqqa uymak istəmir!
Təklənmişik, yalqızıq,
Kimsədən bir haray yox!
Nə olsun ki, dərdimiz
deyilməyən saray yox!
Daha bəsdi siyasət,
İndi fərasət gərək!
Qəsbkarı bu yurdda
Edək ərasət gərək!
Vətənoğlu, bünunçün
Bizdə ərlik gərəkdir,
Hər şey Vətənçün deyə,
Səfərbərlik gərəkdir!
Hüseyn Mirzə
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 08-03-2021 16:57
Baxış sayı: 3656Yazı axını
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























