Milli Məclisin deputatı Aqil Məmmədov Xəzər rayonu Buzovna qəsəbəsində məskunlaşmış kəlbəcərli məcburi köçkünlərlə növbəti görüşünü keçirib. Karantin qaydalarına uyğun şəkildə təşkil edilmiş görüşdə daha çox işğaldan azad edilmiş torpaqlarda, xüsusilə, Kəlbəcər rayonunda yenidən məskunlaşma, bu prosesdə məcburi köçkünlərin iştirakı kimi məsələlər müzakirə olunub. Deputat Aqil Məmmədov ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan dövlətinin böyük qayıdışla bağlı həyata keçirdiyi kompleks

Bu gün saz-söz sənətinin görkəmli nümayəndəsi, ustad aşıq Dədə Şəmşirin doğum günüdü. Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşir 1907-1908-ci illərdən şeir yazmağa, saz çalmağa başlayıb. İlk olaraq sənətin sirlərini atası şair Qurbandan öyrənən Şəmşir sonralar atasının müasiri və dostu olan aşıq Ələsgər yaradıcılığından bəhrələnir. Saz-söz məclislərində boya-başa

Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri heç kimə qarşı yönəlməyib. Bu, planlı təlimdir. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan Ordusunun bu gün başlayan təlimi haqda danışarkən deyib. O bildirib ki, azad edilən ərazilərdə terror təxribatlarına Ordumuz hazır olmalıdır: “Azərbaycan Ordusunun zəfərdən sonra keçirdiyi təlimlər ordunun döyüş hazırlığını artırmaq məqsədi daşıyır. Bu təlimlər qarşıya qoyulacaq tapşırıqları yerinə

Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustadı, qədim saz havalarının və dastanların mahir ifaçısı, el sənətkarı, daim Vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm edən Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi

Qoşunların 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusu əməliyyat-taktiki təlimlərə başlayıb. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub. Dağlıq-meşə

Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə bölgələrarası malların tranzitini təmin etməyə davam edir. Dalidag.az xəbər verir ki, 20 “KamAZ” markalı hərbi yük maşını və onları müşayiət edən nəqliyyat vasitələrindən ibarət Humanitar Yardım Mərkəzinin 7-ci Rusiya karvanı Kəlbəcər bölgəsinə sosial obyektlər və yaşayış binalarında enerji və su təchizatı sistemlərinin bərpası üçün elektrik avadanlığı, gücləndirilmiş beton

Bir üzü Kəlbəcər, bir üzü Göyçə Aşıq Əsədin yadigarı, sənət dünyasından boy verən Şəmsəddin Bayramov Göyçə-Kəlbəcər həsrətli el ağsaqqalı, sənət xiridarıdır ...Deyirlər ki, sənət, o cümlədən də qələm adamı yaxşı və pis mənada tanıdır. Qələmin iki başı olur. Bunu da el-oba ağsaqqalları deyiblər. Qələm də könül kimidir - sevərsən, səni sevdirər, küsdürərsən, pis yazarsan, səni biabır edər, gözdən salar. Şükürlər olsun ki, əlimə qələm alandan pisniyyətli nəsə yazmayıb. Demək, qəlbim pisniyyətli

Tərtər rayonunda yanğın olub. Dalidag.az xəbər verir ki, Bəyimsarov kəndində ümumi sahəsi 660 m² olan ikimərtəbəli xəstəxana binasının 2-ci mərtəbəsində (məcburi köçkünlər məskunlaşıb) ümumi sahəsi 32 m² olan otaqda döşəmə 2 m² sahədə və ev əşyaları 3 m² sahədə (xalça, yataq dəsti və çarpayı qismən) yanıb. Araşdırma aparılır. Dalidag.az
Yazı axını