Reklam
Polkovnik: Ordumuz terrora qarşı savaşa hazırlaşır - Video
15-03-2021 17:40
Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri heç kimə qarşı yönəlməyib. Bu, planlı təlimdir.Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan Ordusunun bu gün başlayan təlimi haqda danışarkən deyib.
O bildirib ki, azad edilən ərazilərdə terror təxribatlarına Ordumuz hazır olmalıdır:
“Azərbaycan Ordusunun zəfərdən sonra keçirdiyi təlimlər ordunun döyüş hazırlığını artırmaq məqsədi daşıyır. Bu təlimlər qarşıya qoyulacaq tapşırıqları yerinə yetirmək üçün hazırlıq prosesidir. Çünki ərazi bütövlüyümüz bərpa edilsə də, Ermənistanla aramızda hələlik sülh müqaviləsi yoxdur. Bundan başqa azad edilən torpaqlarımızda bərpa işləri aparıldığı üçün vətəndaşlarımız hələ məskunlaşmayıb. Hələlik boş olan əraziləri isə terror qrupları və quldurlar çirkin məqsədləri üçün istifadə edə bilərlər. Düzdür, sülhməramlılar orada xidmət edir. Lakin bunun baş verməyəcəyinə heç kim zəmanət vermir. Çünki Ermənistanın daxilindəki siyasi-iqtisadi və hərbi xaos ermənilərin təxribat törətməsi ehtimalını hər zaman aktual edir”.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 15-03-2021 17:40
Baxış sayı: 3420Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























