Kəlbəcərlilər öz deputatından razıdırmı? - SORĞUNUN NƏTİCƏSİ

10-03-2021 11:01
Bir ildən artıqdır ki, Azərbaycanda Ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçkiləri keçirilib. 6-cı çağırış deputat seçkilərinin nəticəsi bəzi məqamlarda qənaətbəxş olmasa da, millət vəkili adı qazananlar arasında yeni simalar da mövcuddur. 

Sonuncu seçkilərdə xalq bu dəfə hər şeyin dəyişəcəyinə çox ümid bəsləyir, seçdiyi deputatın hər zaman ona dəstək olacağına və millət vəkili adını doğruldacağına inanırdı. Bir illik fəaliyyət göstərir ki, heç də bütün deputatlar daşıdıqları ada, tutduqları vəzifəyə məsuliyyətlə yanaşmır. Kəlbəcəri təmsil edən deputat Aqil Məmmədovun seçiciləri onun fəaliyyətindən nə dərəcədə razı və ya narazıdır? Bu sualla seçicilər arasında "Kəlbəcər ocağı" facebook qrupu üzərindən sorğu apardıq.
Dalidag.az olaraq heç zaman qərəzli mövqe tutmadıq və həmişə haqqı-ədaləti yazmağa, haqlının tərəfində olmağa çalışdıq. Keçirdiyimiz sorğunun da məqsədi məhz budur.
Aqil Məmmədov deputat seçilib, Kəlbəcər əhalisi ona səs verib. Bu seçikidə, səsvermədə hansı haqsızlıqlara, saxtakarlığa yol verilib-verilməyib biz onu araşdırmırıq. Fakt odur ki, Aqil Məmmədov deputatdır. Məlumdur ki, deputatların əsas vəzifəsi qanunvericilik prosesində iştirak etmək və qanunda göstərilmiş funksiyaları həyata keçirməkdir. Deputat eyni zamanda fəaliyyəti ilə seçicilərinin etimadını doğrultmalı, mütəmadi onlarla əlaqə saxlamalıdır. Seçicilərinin qayğı və problemləri ilə məşğul olmaq da deputaın üzərinə düşən vəzifədir. Təəssüf ki, reallıq düşündüklərimizi, gözlədiklərimizi əks etdirmir. Keçirdiyimiz sorğunun nəticəsi göstərir ki, A.Məmmədov parlamentdəki elçi rolunun("Deputat" termini serb sözü olub hərfi mənası "elçi göndərilmiş" deməkdir) öhdəsindən yetərincə gəlməyib. Rəylərdən belə görünür ki, millət vəkili Milli Məclisdə susqunluğu, fəaliyyətsizliyi ilə təmsilçisi olduğu Kəlbəcər rayon sakinlərinin rəğbətini qazana bilməyib. Narazı seçicilər onun parlamentdə rayon adına hansısa əlverişli təklif, hər hansı bir fikir irəli sürmədiyindən, ümumiyyətlə, səssiz mövqeyindən gileylənir. Bəzən məmurlar, müəyyən vəzifə sahibləri  bu cür sorğu və ya hansısa təpki qarşısında qalanda, ənənəvi: "Mən hamı üçün yaxşı ola bilmərəm" fikri ilə özlərini haqlı çıxarmağa çalışırlar. Əfsus ki, Aqil Məmmədov fəaliyyəti boyunca nəinki hamı üçün, heç 1% seçici üçün də yaxşı olmayıb. Bunu biz yox, sorğunun nəticələri deyir. 217 respondentin cavabladığı sorğuda 3-5 nəfər deputatın fəaliyyətindən razı olduğunu bildirib. Çox acınacaqlıdr və ortaya çıxan suallar sadəcə duruma aydınlıq gətirmək niyyəti daşıyır. Niyə və nə üçün millət vəkili  vəzifəsindən irəli gələn tələbləri yerinə yetirmir? Niyə tutduğu vəzifənin məsuliyyətini önəmsəmir? Nə üçün Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında qanunun III fəsli (Deputatın seçicilərlə iş aparması) maddə 18-də (Deputatın seçicilərlə əlaqə saxlaması) göstərilənlərə əməl etmir?

Bu sorğu həm də bir güzgüdür. Bəzən insan öz mənini görmür və belə olduğu halda mətbuat öz güzgü missiyası ilə hərəkətə keçmək məcburiyyətindədir. Ölkə başçısı dəfələrlə çıxışlarında vurğulayıb ki, bəzi hallarda mən mətbuatdan bir çox şeyləri öyrənirəm. Demək, biz öz vəzifəmizi yerinə yetirərkən, neqativ halları aşkarlamaq və üzə çıxarmaqla həm də ümumi işə kömək edir, dövlətə və dövlətçiliyə xeyir vermiş oluruq. Kəlbəcərin deputatı Aqil Məmmədova güzgümüzdə özünə baxmaq imkanı veririk ki, işindəki çatışmamazlıqları görə bilsin. Seçicilərlə arasındakı "uzaqlıq hasarı"nı uçurmağa çalışsın, münasibətinə düzəliş versin. Üzərinə düşən vəzifənin məsuliyyətindən kənarda qalmasın. Millətiinin vəkili olsun. Bu bizim tərəfimizdən bir növ yaxşılıqdır.

Qeyd edək ki, bu tip sorğularımız davam edəcək. Ayrı-ayrı məmurların iş fəaliyyətinin insanları qane edib etmədiyinin birlikdə şahidi olacağıq.

Dalidag.az



Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 10-03-2021 11:01
Baxış sayı: 11 516
Tarix: 10 mart 2021 20:26
Xeyir heç zaman razı deyilik
Müəllif: Ceyhun
Tarix: 11 mart 2021 16:24
Şexsen men razıyam. Allah can sağlığı versin. Amin
Tarix: 12 mart 2021 22:39
Men razı deyilem. Neçe defe müraciet etmişem cavab gelmeyib.
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını