Reklam

Məhəbbət Kəlbəcərlinin şeirlər kitabı nəşr edildi -ŞƏKİL
10-03-2021 21:26

Dalidag.az bildirir ki, bu barədə şair özü məlumat verib:
"Əziz dostlar, dəyərli oxucular, bu gün görüşünüzə 7-ci kitabım olan "Zaman külək, mən yarpaq" kitabımla gəlmişəm, görək söhbətimiz necə keçir, sizlərə uğurlar arzulayıram!"
Dalidag.az ailəsi olaraq şairi təbrik edir, yeni yaradıcılıq uğurları diləyir və bir neçə şeirini oxucuların ixtiyarına veririk.
OYY
Gəncliyimi koruxmağa qoymuyun,
Eşitmirsiz?--dağım, düzüm, dərəm oyy !
Bəzən sevgi, bəzən Vətən nisgili,
Qövr eləyir ürəyimdə vərəm oyy !
İlqarıma baxdım sənin gözünlə,
Ayaq saxla, yol gəlirəm izinlə.
Gəl məni də apar yandır özünlə,
Mənim kimi ay zavallı, Kərəm oyy !
Sağım tufan, solum şaxta, sür--ömür,
Beş gün aman vermədi ki, kür ömür.
Sən gizləndin, mən axtardım bir ömür,
Məhəbbətə tapılmayan, çarəm oyy !
GƏNCLİYİM
Bir zaman şikəstə, bir bülbül kimi,
Bir gülün eşqiylə ötdü gəncliyim.
Bir payız günündə, mənsiz qoşulub--
--Durna qatarına getdi gəncliyim.
Döndərib könlümü sınıq şüşəyə,
Uçdu hansı dağa, hansı meşəyə?!
Dönüb boynuburuq lal bənövşəyə,
Qaçıb kol dibində bitdi gəncliyim.
Küsdü taleyimdən, “əydi” telimdən,
Oydu ürəyimdən, asdı dilimdən.
Darı muncuğu tək düşüb əlimdən,
Məhəbbət, gözümdən itdi gəncliyim.
GEDİRSƏN
Alıb gedişinlə əlimdən məni,
Əlləri qoynunda qoyub gedirsən !
Bu son taleyimə göydənmi düşüb,
Fələkmi saydığın sayıb gedirsən?!
Deyəsən vədəsiz oyanmışam mən,
Dəli həsrətinlə “boyanmışam” mən.
“Ölüm ilgəyi”ndə dayanmışam mən,
Elə bil içimdən oyub gedirsən !
Ayrılıq nəğməsi , bəlkə çalırsan,
Getsən, bilirsənmi, “harda” qalırsan?!
Yoxsa son mənzilə yola salırsan?
Məni göz yaşımla yuyub gedirsən !
Bilmirəm göydəsən, yoxsa yerdə sən,
Görən qaydarmısan, gülüm, bir də sən?!
Fağır Məhəbbəti pərdə-pərdə sən,
Təpədən-dırnağa soyub gedirsən !
Gəncə, 09.03.2021.



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
