Reklam
Nazaryan: Azərbaycan Ordusuna 100 gün lazımdır ki... - Video
10-03-2021 18:29

Ermənistan tədricən ikinci Suriyaya dönəcək və orada yeni qarşıdurmalar baş verəcək.
Dalidag.az xəbər verir ki, bu barədə pedaqoji elmlər namizədi, Ermənistan Respublika Partiyasının üzvü Levon Nazaryan bildirib.
“Yaxın zamanlarda Ermənistan Suriyaya bənzəyəcək və orada daş-daş üstündə qalmayacaq. Bu müharibə üçün yeni bir “X zonası” olacaq. Üstəlik, Qərb də Zaqafqaziyada öz maraqlarını Ermənistanın dağıdılması bahasına irəlilədir. İrəvanda hakimiyyətin Rusiya Federasiyasının nəzarətinə verilməsi məsələsinə baxıldığı haqqında dəqiq məlumat var. Guya, yalnız bu halda Kreml “artsax”la etdiyi kimi, bu ölkənin də tamamilə yoxa çıxmasına imkan verməyəcək. Hamıya aydındır ki, sabah Azərbaycan Ordusu bütün Ermənistanı da öz nəzarətinə götürə bilər. Bu dəfə Bakıya 44 gün deyil, məsələn, 100 gün lazım olacaq”, - deyə erməni ekspert vurğulayıb.
Onun sözlərinə görə, faktiki olaraq Ermənistanın və erməni xalqının gələcəyi təhlükə altındadır.
“Bu, Ermənistanın hazırkı vəziyyətinə verilən ən ayıq və real qiymətdir. Bu gün Ermənistanın suveren hakimiyyəti, təhlükəsizliyi, müttəfiqləri, inkişaf zəmanəti yoxdur. Ermənistan növbəti fəlakətə doğru gedir”, - deyə Nazaryan qeyd edib./axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 10-03-2021 18:29
Baxış sayı: 3332Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























