Sözə sirdaş Məmməd Aslan

07-03-2021 15:54

Atalar yaxşı deyib, sözün də qanadı var. Ətrafımızda qanadlanan sözlərin öz sirri və sirdaşı var. Sözə hər an sirdaş olan və sirrini sözlərlə paylaşan Azərbaycanın, eləcə də Türk dünyasının dəyərli şairi və el ağsaqqalı Məmməd Aslan ömrünü söz yolunda bir əbədi heykəl etmişdir.
Məmməd Muxtar oğlu Aslanov 1939- cu ildə Kəlbəcər rayonunun Laçın kəndində anadan olmuşdur. Erkən yaşlarında atasını itirən şairin həyatı keşməkeşli olmuşdur.
Ruhunu bürümüş doğma Kəlbəcər elinin saf havasını sözlərində təmiz bulağ suyu tək o təbiəti vəzf etmişdir:

O, körpəlik beşiyim
Mənim dağım-dərəmdir 
Zirvəsinə baş əyim,
Uludu, möhtərəmdir.


Ömrünü söz uğrunda girov qoyan böyük şairin qəlbindən qopan o sözlərə ilahi bir sevgi çilənmişdir:

Ömrü söz uğrunda girov qoymuşam
Başqa sənətim yox, başqa işim işim yox.


Vətənə, elə, insanlığa olan böyük sevgisi şairin sözlərində sevgini və yaxşılığı açıq aydın görə bilirik:

Yaxşılıq-dünyada yaşıl bir meşə,
Meşələr beşinin, yüzünün deyil.
Günəş yer üzünə həyat paylayır,
Bu həyat bizimdir, özünün deyil.


Qəlbi və ruhu Azərbaycanla döyünən şairin yazdığı bu sözlər, elini və yurdunu sevən xalqımızın dilində bir aforizimə çevrilmişdir:
Vətən gözdü, biz kiprik gözümüzün keşiyini çəkirik.

Kəlbəcər həsrəti yanan qəlbində köz- köz oldu. Doğulub böyüdüyü, sözlərdən çələng hördüyü o dağlardan, buz bulaqlardan cənnət məkandan ayrı düşən şairin həsrətini şeirlərində və çıxışlarında böyük təəsüflə görürük:

İçim yanar həsrətdən,
Bağrımda köz Kəlbəcər.
Gördüyü fəlakətdən
Ağlar göz-göz kəlbəcər.


Böyük şair Məmməd Aslan tək yazdığı şeir və kitablarla yox həm də özündə xalqımızın ruhunu oxşayan, saz söz sənətinin rəngarəng sözlərilə əhatələnən verlişlərlə söz və ədəbiyyat sevənlərin görüşünə gəlirdi.
Şairin bahar təbiətli bənövşə ətirli şeirləri təbiəti gözümüzdə daha da rəngarəng canlandıırır:
Yenə bahar yetişdi:
Gül bağladı çəmənlər.
Yamacların üzünə 
Tül bağladı çəmənlər.


Düzlər çiçək-çiçəkdir
Təpə sanki dibçəkdi.
Buludlardan su çəkdi
Sel bağlaı çəmənlər.


Bənövşənin sərgisi
Valeh edir hər kəsi.
Dəstələdi nərgizi,
Tel bağladı çəmənlər.

Aşıq və söz sənətində bir məktəb olan Dədə Şəmşirin o sehirli sözləri ilə əhatələnən Məmməd Aslanın Dədə Şəmşirə olan böyük sevgisini və hörmətini yazdğı şeirdə böyük ustalıqla göstərib:

Qocalmaz təbin var, şirin dilin var,
Möcüzə barmaqlı incə əlin var.
Xəyalımda sənin nur heykəlin var
Yurdumun Kəpəzi, Qoşqarı boyda.

Ustad kəlamdır var-dövlət məndə,
Canımdan əzizdir bu sərvət məndə.
Kaş olaydı elə fərasət məndə:
Sözdən bal çəkydim mirvari boyda.     
 
                                           
Böyük şairin qardaş Türkiyəyə olan dünyaya sığmayan məhəbbəti 1984-cü ildə “Ərzurumun gədəyinə varanda” yazdığı kitabı ilə sovetlər dönəmində türk dünyasına ədəbi bir yol açdı.
Məmməd Aslan müasir türk şairəri ilə yanaşı Mövlanə, Yunus Əmrə, Aşıq  Veysəl, Bahəddin Qaraqoç və başqaları haqqında geniş araşdırma aparmaqla yanaşı yerli oxucuların istifadəsinə buna dair yazılar vermişdir.
Məmməd Aslan ağrılı və acılı vətən həsrəti ilə yaşamış “Mavi gözlü dev” Nazim Hikmət haqqında da şeirlər yazmışdır:

Mavi gözlü divikən,
Mənəm nakam devikən.
Məmləkətim evikən,
Çölümə bax, qaraçı.


“Qarşı yaxa məmləkət”
O torpağa mən həsrət.
Vətənsiz öldü Hikmət,
Ölümə bax, qaraçı.


Nazim Hikmətin taleyinə bənzər tale yaşayan vətənsiz, Kəlbəcərsiz dünysını dəyişən Məmməd Aslanın ruhu Kəlbəcərdə dolaşır. Bu gün böyük şair Məmməd Aslanın ruhu şaddır. Ona görə şaddır ki, doğma əziz Kəlbəcər yurdu işğaldan azd olunub. Həmin torpaqlar da artıq saz havası, Dədə Şəmşir kəlamı, Bəhmən, Şücaət, Məmməd Aslan sözləri ilə gözəlləşəcək və dirçələcəkdir.

İsrafil Emin Qarabaği

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 07-03-2021 15:54
Baxış sayı: 3592
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını