Reklam
"Apar məni, ilahi, sığınım göy üzünə..." - Fərid Muradzadə
07-03-2021 13:10
"...Apar məni, ilahiSığınım göy üzünə.
Kəhkəşanda bir az da
Yaxın olum mən sənə..."
Dalidag.az Fərid Muradzadənin yeni şeirini təqdim edir:
APAR MƏNİ, İLAHİ
Apar məni, ilahi,
Apar məni buradan.
Sən ey hər şeyi görən,
Sən ey gözəgörünməz
Yoxluqdan var yaradan.
Bu dünyada zülm çox,
Bu dünyada zalım çox,
Mənim daha burada
Dayanacaq halım yox.
Apar məni, ilahi
Sığınım göy üzünə.
Kəhkəşanda bir az da
Yaxın olum mən sənə.
Istəmədən gəlmişəm
Yalan-dolan dünyaya.
Qaytar məni geriyə,
Ruhum olan dünyaya.
Apar məni, ilahi
Göyün yeddi qatında
Mömün dualarıyla,
Yağış damlalarıyla
Yuyum günahlarımı…
Apar məni, ilahi
Ağlım kəsəndən bəri
Mən sənə can atmışam,
Kövrək xəyallarında
Surətini çəkmişəm,
Əksini yaratmışam.
Mən səni nur bilmişəm,
Mən səni yar bilmişəm,
Sənə qovuşmaq üçün
Günlərimi saymışam.
Bu dünyadan doymuşam
Apar məni, ilahi!
Fərid Muradzadə
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 07-03-2021 13:10
Baxış sayı: 3553Yazı axını
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























