Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “Arqumenti i Faktı” nəşrinə geniş müsahibəsində Azərbaycan və Ermənistanla münasibətlər haqda da danışıb. Jurnalist Peskovdan soruşub: “Qarabağdakı hadisələrdən sonra belə narahatlıq varmı ki, biz Zaqafqaziya respublikalarını dostlar qismində tamamilə itiririk? Ermənistanda daxili çaxnaşmadır, Azərbaycan isə getdikcə Türkiyəyə daha çox can atır...” Dmitri Peskovun cavabı belə olub: -Bizim Azərbaycanla etimada, qarşılıqlı hörmətə

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayonundan seçilmiş Milli Məclisin deputatı Aqil Məmmədov müxtəlif məsələlərlə bağlı RİH-in inzibati binasında görüşlər keçirib. Dalidag.az- ın məlumatına görə, 29 mart 2021-ci il tarixdə baş tutan görüşlərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayonundan seçilmiş Milli Məclisin deputatı Aqil Məmmədov və aidiyyəti şəxslər, şəhid ailələri, qazilər, veteranlar və sadə vətəndaşlar iştirak

Laçın rayonunun Piçənis kəndində ermənilər qəbir daşlarından özlərinə pilləkən düzəldiblər. Dalidag.az xəzər tV-yə istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər bu günlərdə sosial şəbəkələrdə və bəzi Teleqram kanallarında paylaşılıb. 30 ilə yaxın dövrdə torpaqlarımızı işğal altında saxlayan və orada qanunsuz olaraq məskunlaşan ermənilər mədəni və tarixi abidələrimizə qarşı divan tutub, daşı-daş üstündə qoymayıblar. Hətta ölülərimizə qarşı öz çirkin niyyətlərini reallaşdıran ermənilər

Bir neçə gün əvvəl İstanbuldakı otellərdən birində gənc azərbaycanlı biznesmen Nihat Əliyev faciəli şəkildə ölüb. Bundan dərhal sonra müxalif çevrələr və KİV-lər gəncin faciəli ölümü ətrafında spekulyasiya və manipulyasiya başlatdılar. Sosial şəbəkələrdə isə həmin hadisəyə aidiyyatı olmayan videogörüntülər yayıldı. Hadisənin təfərrüatlarını öyrənmək üçün haqqin.az İstanbul polisinə müraciət edib. Polisdən bildiriblər ki, hadisə silahla ehtiyatsız davranış nəticəsində baş verib. Belə ki, silahı

İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat zidmətinin Bərdə regional qrupundan bildirilib. Məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin aidiyyatı qurumları ilə birgə keçirdikləri növbəti belə tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 1 ədəd pulemyot, 5 ədəd avtomat, 1 ədəd

Krım SSRİ-nin çöküşündən sonra müstəqillik əldə edən Litvanın taleyini qismən təkrarlaya bilər. Dalidag.az xəbər verir ki, bu iddia ilə məşhur ukrayna jurnalisti Pavel Kazarin çıxış edib. “Krım “Tolkin üzüyü” (“Üzüklərin hökmdarı” filmindəki üzüyə bənzətmə - red.) kimidir. Sən onu könüllü şəkildə verə bilməzsən, amma onu nə qədər çox daşısan, o qədər çox əcaib varlığa çevrilirsən. Rusiya Federasiya ilə eyni şey baş verir. Rusiya Krımı könüllü şəkildə verməyəcək, çünki o, Putinin siyasi

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Xudaverdili kəndindən videogörüntülər yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Fatma xala, hey!!! - Bilirsiz kimdi Fatma xala? - Mən tanıdım. Nağıllarda var ey… - Yox, tanımadınız. Bizim Fatma xalanı deyirəm ey, Kəlbəcərin Barmaqbinə kəndində seyid ailəsində dünyaya göz açsa da, ailə həyatı ilə bağlı Kərəmli kəndində yaşayırdı. Səkkiz uşaq böyüdüb, tərbiyələndirmişdi. Əvəzində hökumət bir torba medal vermişdi ki, onlar da… *** Bilirsizmi Fatma xalanı niyə axtarıram?! Dərdini də götürüb qaçıb. Qaçıb ki, dərdini təkbaşına çəksin. Qırx arşınlıq dərd quyusunun içində onu tək

Rusiya erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyan Ermənistanda iyun ayına təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. “MosArmİnfo” saytına müsahibəsində Ara Abramyan deyib ki, Ermənistan indi uçurum qarşısındadır və bu səbəbdən hər bir vətəndaş ölkəyə qayıdıb səsvermədə iştirak etməlidir. Abramyan vaxtilə Nikol Paşinyana qarşı mübarizə aparmadığına görə özünü qınayıb. “Mən Ermənistana gedəcəyəm və növbədənkənar seçkilərdə fəal iştirak edəcəyəm.

İyirmi səkkiz illik ayrılıq məcburi köçkünlərə təkcə maddi və mənəvi zərbələr vurmadı. Eyni zamanda insanlar öz mədəni irsindən, toy-büsatından uzaq düşdü. Uzun müddət elindən-obasından ayrı yaşamağa məcbur olanlar öz peşələrini, sənətlərini itirdilər. Məskunlaşdıqları yerlərdə öz sənətlərini davam etdirənlər yalnız həmin sənətdən pul qazana bilənlər oldu. Lakin elə insanlar da var ki, onlar mədəni irsimizin qorunmasında qazanc götürməyi ön plana çəkmir, mədəniyyətimizlə yaşayır, onunla nəfəs
Yazı axını