Reklam

Kəlbəcərin özü qədər qədim mədəniyyəti...
28-03-2021 11:17

Doğma Kəlbəcərimizin səsi-sorağı dünyaya yayılan inciləri çox olub: Tarix-diyarşünaslıq muzeyi, Dədə Qorquddan yadigar qalan Dədə Şəmşirin başçılıq etdiyi Kəlbəcər aşıqları, min bir dərdin dərmanı olan İstisu sanatoriyası, milli-mənəvi dəyərlərimiz olan böyüyə-kiçiyə hörmət, ağsaqqal sözündən çıxmamaq, ailə dəyərlərinə hörmət, əksər kəndlərdə boşanma sayının sıfıra bərabər olması və s. Kəlbəcərimizin incilərindən biri də Maraloyunu idi. Gözümü dünyaya açandan Mehralı kişinin başçılıq etdiyi folklor qrupunun Maraloyunu və Kilimarası oyunlarını məharətlə ifa etdiyini eşitmişəm. Kəlbəcərin çal-çağırlı vaxtlarında Mehralı Süleymanovun başçılıq etdiyi "Maraloyunu" folklor qrupu kəndbəkənd gəzərək camaat qarşısında "Maraloyunu" və "Kilimarası" tamaşalarını məharətlə ifa edərdilər.

Məcburi köçkünlük dövründə Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evi öz fəaliyyətini əvvəlcə Gəncə şəhərindəki Gülüstan qəsəbəsində, daha sonra isə Gəncədə məcburi köçkünlər üçün salınan yeni qəsəbədə davam etdirərək Kəlbəcərin mədəni irsinin, xüsusilə də folklor və aşıq sənətinin inkişaf etdirilməsinə, onun itməməsinə təkan vermişdir. Kəlbəcərdəki folklor nümunələrinin qorunub saxla
nmasında xüsusi rolu olan adamlardan biri də Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evinin direktoru Akif Bayramovdur.
1965-ci ildə Kəlbəcər şəhərində anadan olmuş Bayramov Akif Şəmsəddin oğlunun mədəniyyət və incəsənətə olan marağı onu 1982 ci ildə Kəlbəcər rayon Mədəniyyət şöbəsində işləməyə gətirdi. O, mədəniyyət şöbəsində kutləvi işçi, avtoklub mudiri və 1987- ci ildən bu gunə qədər Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin direktoru vəzifəsində işləyir. 1988- 1993- cü illərdə Əlibəy Huseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unıversitetinin " Mədəni- maarif fakultəsini" bitirmişdir.
Akif Bayramovla söhbətimiz zamanı o bildirdi ki, Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evində xalq aşıqlar ansamblı, "Kilimarası və Maraloyunu" folklor kollektivi, "Zurnaçılar" ansamblı, "Dəlidag" xalq çalgı alətləri ansamblı, uşaq aşıqlar ansamblı, rəqs qrupu fəaliyyət göstərir.

Akif Bayramov sözlərini nikbinliklə bitirdi: Biz iyirmi səkkiz ildə mədəniyyətimizin nümunələrini qoruduq ki, Kəlbəcərə qayıdanda həmin əmanətləri xalqımıza təhvil verək. Şükür Allaha, müzəffər ordumuz rayonumuzu düşmən tapdağından azad edib. Biz buna görə Ali Baş Komandanımıza, Ordumuza, şəhid və qazilərimizə borcluyuq. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə, Ali Baş Komandanımıza və onun Müzəffər Ordusuna can sağlığı arzulayırıq. İnşallah, tezliklə Kəlbəcərə qayıdarıq, dağlarımızdan yenə də qara zurnanın səsi ucalar, folklor ansambllarımız orada konsert verərlər.
Oqtay SALAHLI
Dalidag.az







Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
