Müdafiə Nazirliyi Zəngilan rayonunun Çöpədərə kəndindən videogörüntülər yayıb. Dalidag.az həmin videonu təqdim edir:

Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədov Gəncə şəhərində şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşüb. Dalidag.az -ın məlumatına görə, görüşdən öncə tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra sosial izolyasiya qaydaları çərçivəsində reallaşan görüşdə çıxış edən deputat Aqil MəmmədovPrezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və qazilərimizə xüsusi diqqət və qayğı göstərildiyini qeyd edərək

Bu gün işğaldan azad edilmiş ərazilərdə 5 erməni hərbçinin cəsədi tapılıb. Ermənistana məxsus axtarış qrupları Füzuli və Cəbrayıl istiqamətində axtarışlar zamanı hərbçi cəsədləri aşkar ediblər. Bundan əvvəl, Talış-Suqovuşan istiqamətində axtarışlar nəticəsiz qalmışdı. Bu günə qədər, Qarabağda axtarışlar zamanı 1523 erməni hərbçinin cəsədi tapılıb. Dalidag.az

Şəhidlər bizim qürurumuz və şərəfimizdir. 44 günlük Vətən müharibəsində işğalda olan torpaqlarımızı azad etməklə, biz bütün şəhidlərimizin ruhunu şad etmiş olduq həm də. Vətən onu qoruyan, uğrunda can verən qəhrəman oğullarının sayəsində var olur. Və Vətən oğullarına güvənir, var oluşunu, gələcəyini onların ixtiyarına verir. Zamanla tarixin yaddaş səhifələrində özünü doğruldan bir ifadə var dilimizdə:"xalqımız qəhrəman xalqdır". Torpaq uğrunda ölən varsa, Vətəndir, deyimi də var. Şəhidlik

Getdim haraya bilmədim, Gəlib araya bilmədim. Səni qoruya bilmədim, Ay Dədəmin Yurd yeri! İllər əvvəl yazdığı bir şeirdən nümunə gətirdiyim bu bənd onun yurd həsrətinin yanğılı ifadəsidir. Elə nurlu çöhrəsini boyayan xoş təbəssümün altında gizlənən kədərin də adı məhz yurd həsrəti, torpaq nisgilidir. Doğrudur, indi həm onun doğulub boya-başa çatdığı Tanrı möcüzəsi Kəlbəcər, həm də işğalda olan torpaqlarımızın bir qismi azadlığına qovuşub. Yaradan 28-30 il çəkdiyimiz acıların mükafatı olaraq,

Ermənistan xarici işlər naziri Ara Ayvazyan şikayətlənir ki, Azərbaycan Laçın dəhlizindən humanitar yardımın daşınmasına (əslində bu, yardım adı altında silah-sursat daşınması təhlükəsinə qarşı atılaan addımdır) mane olur. Ayvazyanın məqsədi rəsmi Bakını anti-humanist göstərməkdir, amma bununla Azərbaycan Ordusunun Laçın dəhlizinə nəzarəti gücləndirdiyini də etiraf edir. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasına qədər ermənilər Laçın dəhlizindən istədikləri kimi istifadə

Bu günlərdə belə bir məlumat yayıldı ki, Qarabağda doğulmuş şəxsə Ermənistanda verilmiş pasportda doğum yeri olaraq Azərbaycan qeyd olunub. Ermənistan Daxili İşlər Nazirliyindən Azadlıq radiosunun erməni xidmətinə verilən məlumatda qeyd edilir ki, bu, yenilik deyil. Müstəqillik dövründən bu günədək Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan hakimiyyəti zamanı Qarabağda verilən pasportlarda doğum yeri olaraq Azərbaycan göstərilir. Bunun əksini istəyən erməni vətəndaşları sonralar ciddi

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları Rusiya ictimai təşkilatları və xeyriyyə fondları tərəfindən verilən humanitar yardımların Dağlıq Qarabağın Əsgəran bölgəsinin Təzəbinə (Noraqyux) qəsəbəsinə çatdırılmasını təmin edib. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Məlumat və Kütləvi Kommunikasiya Departamenti bildirib. Bildirilib ki, sülhməramlı kontingentin komandanlığı Noraqyux qəsəbəsi rəhbərliyi ilə birlikdə yanvar

Rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk Ermənistanda Pentaqonun maliyyəsi ilə hələ də öz fəaliyyətini davam etdirən müəmmalı biolaboratoriyanın bütün bölgə üçün ciddi təhlükə olduğunu bildirib. Dalidag.az -ın məlumatına görə, bu barədə o, vesti.az saytı üçün yazdığı məqaləsində həyəcan təbili çalıb. Paşinyanın gizli qərbçi olduğuna diqqət çəkən ekspert məhz onun hakimiyyəti dövründə peyda olan həmin laboratoriyaların bu günədək konkret hansı dinc məqsəd güddüyünün bəlli olmadığını

Cəbrayıldakı qondarma kirsə hay-küyünün ardınca ermənilər növbəti şouya start veriblər. Ermənistanın media orqanları davamlı şəkildə Rusiya sülhməramlılarının təsir dairəsində olan ərazisində guya baş vermiş hadisəni tirajlayırlar. Dalidag.az-ın məlumatına görə, ermənilər iddia edirlər ki, Əsgəran rayonu ərazisində “azərbaycan hərbçi” erməni sakinlərin avtomobillərini “daş atəşi”nə tutub. Azərbaycan ərazilərində hoqqabazlıqla məşğul olan erməni terrorçuları rəsmi Bakını üçtərəfli razılaşmanı
Yazı axını