Reklam
Aqil Məmmədov şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşüb - ŞƏKİLLƏR
27-03-2021 21:43

Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədov Gəncə şəhərində şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşüb.
Dalidag.az-ın məlumatına görə, görüşdən öncə tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub.
Daha sonra sosial izolyasiya qaydaları çərçivəsində reallaşan görüşdə çıxış edən deputat Aqil MəmmədovPrezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və qazilərimizə xüsusi diqqət və qayğı göstərildiyini qeyd edərək bildirib ki, bu qayğı dövlət səviyyəsində bundan sonrada davam edəcək. Şəhid ailələri və qazilərin eləcə də digər görüşə gələn seçicilərin problemlərini dinləyən millət vəkili bəzi problemlərin yerindəcə həll nail olmuş, digər problemlərin həlli üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı bildirilmişdir.Böyük qayıdış planı ilə bağlı tədbir iştirakçılarının fikirlərini dinləyən Aqil Məmmədov dövlətimizin başçısı tərəfindən bu istiqamətdə bütün lazımi tədbirlərin görüldüyünü qeyd etmişdir. Görüş iştirakçıları dövlət başçısının bu sahədə apardığı siyasəti dəstəklədiklərini qeyd ediblər.
Tədbirin sonunda Vətən müharibəsi dövründə əsgər və zabitlərimizə maddi və mənəvi dəstək göstərən bir qrup şəxsə millət vəkili tərəfindən diplomlar təqdim edilmişdir.
Görüşlər mütəmadi davam etdirilir.
Dalidag.az







Kateqoriya: Sosium
Tarix: 27-03-2021 21:43
Baxış sayı: 3371Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























