Reklam
Ordumuz Laçın dəhlizinə nəzarəti artırır…
27-03-2021 14:37
Ermənistan xarici işlər naziri Ara Ayvazyan şikayətlənir ki, Azərbaycan Laçın dəhlizindən humanitar yardımın daşınmasına (əslində bu, yardım adı altında silah-sursat daşınması təhlükəsinə qarşı atılaan addımdır) mane olur. Ayvazyanın məqsədi rəsmi Bakını anti-humanist göstərməkdir, amma bununla Azərbaycan Ordusunun Laçın dəhlizinə nəzarəti gücləndirdiyini də etiraf edir.
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasına qədər ermənilər Laçın dəhlizindən istədikləri kimi istifadə edirdi: mülki avtomobillərdə silah və əsgər daşıdıqları haqda məlumatlar var.
İndi onlar üçün heç nə əvvəlki kimi deyil, buna görə Azərbaycanı “humanitar yardım”ın qarşısını almaqda ittiham edirlər.
Bu, ordumuzun Laçın dəhlizində nəzarət imkanlarının artdığı deməkdir: Prezident mətbuat konfransında “biz praktiki olaraq kimin oraya gəlməsini və kimin oradan getməsini adbaad bilirik” sözlərini təsadüfi deməmişdi…/axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 27-03-2021 14:37
Baxış sayı: 3412Yazı axını
21 / 11 / 2026
20 / 11 / 2026
20 / 11 / 2026
19 / 11 / 2026
18 / 11 / 2026
17 / 11 / 2026
17 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
14 / 11 / 2026
14 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
11 / 11 / 2026
11 / 11 / 2026
10 / 11 / 2026
09 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
Ən çox oxunanlar



























