Reklam

Rusiyalı politoloqdan SOS: “Ermənistandakı biolaboratoriya Qarabağ üçün “gec partlayan bomba”dır”
26-03-2021 22:03

Dalidag.az-ın məlumatına görə, bu barədə o, vesti.az saytı üçün yazdığı məqaləsində həyəcan təbili çalıb. Paşinyanın gizli qərbçi olduğuna diqqət çəkən ekspert məhz onun hakimiyyəti dövründə peyda olan həmin laboratoriyaların bu günədək konkret hansı dinc məqsəd güddüyünün bəlli olmadığını vurğulayaraq, bu xüsusda rəsmi İrəvanın davranışının normal məntiqdən kənar olduğunu yazıb. Eyni zamanda, Nikol Paşinaynın siyasi opponentlərinin məsələdə susqun və passiv davranışını “qəribə və təəccüblü” adlandırıb.
“Həmin gizli obyektlər bütün Cənubi Qafqaza koronavirus stammları da yaya bilər. Gördüyünüz kimi, heç qalib Azərbaycan da virusa qarşı karantini ləğv edə bilmir, çünki təhlükə ciddi olaraq qalır. Müharibədəki məğlubiyyətdən sonra həmin erməni müxalifəti Ermənistan-Rusiya münasibətlərini keyfiyyətcə yaxşılaşdırmağa hazır olduğunu bəyan etdi. Lakin Ermənistanın baş nazirinə qarşı çıxan bu siyasətçilərin proqramlarında Amerika bioloji laboratoriyaları haqqında heç nə deyilmir – halbuki Rusiyanın müttəfiqlərindən birinin ərazisində belə obyektlər ola bilməz. Və əgər İrəvanın özü mütəmadi olaraq Rusiya əleyhinə KTMT-nin Azərbaycana qarşı müharibədə Ermənistanı dəstəkləmək baxımından hərəkətsizliyi ilə bağlı iddialar irəli sürürsə, o zaman o, ilk növbədə elə özündən – “gizli otaqlar”ın ləğvindın başlamalı idi. Hər halda, ermənilərin özləri də ondan əziyyət çəkir, indiyədək mövcud olmayan xəstəliklərlə bağlı ağır statistikaya tuş gəlməklə” , - Trofimçuk qeyd edib.

Qriqori Trofimçuk
Onun sözlərinə görə, Moskva-Vaşinqton münasibətlərinin hər keçən gün daha da gərginləşməsi fonunda Avrasiya məkanında, KTMT-nin fəaliyyət zonasında müdhiş şeylər baş verir: “Pentaqon heç nə olmayıbmış kimi, bir anda bioloji silahın meydana çıxmasına kömək edəcək ikili təyinatlı proqramlar maliyyələşdirir. O halda, məsələn, Qarabağ zonasında nələr baş verəcəyini söyləməyə lüzum qalmır. Yəni bizim hələ də İrəvan tərəfindən təminatımız yoxdur. Müxalifət də qəribə şəkildə susur - baxmayaraq ki, məhz bu nöqtədən yararlanıb öz siyasi problemlərini həll edə bilər”.
Analitik öz şərhinin sonunda yazır: “Faktiki surətdə Ermənistan və Rusiya ilə qonşu olan bir sıra digər ölkələrin ərazilərində “virus şitilliyi” yaradılıb, hansı ki, bioloji və toksik silahların qadağan edilməsi haqqında Konvensiyanı birbaşa pozur və ABŞ-a önləyici zərbələr vurmaq imkanı yarddır. Belə zərbələrin ardınca dairə qapanacaq. Bu, “gec partlayan bomba” hazırda Qarabağ zonasında “əkilir” və sülh prosesinin bütün gedişatına təsir etmək gücündədir”./musavat.com
Dalidag.az



Yazı axını
25 / 08 / 2025
25 / 08 / 2025
22 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
20 / 08 / 2025
19 / 08 / 2025
19 / 08 / 2025
18 / 08 / 2025
17 / 08 / 2025
17 / 08 / 2025
16 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
14 / 08 / 2025
13 / 08 / 2025
13 / 08 / 2025
Ən çox oxunanlar
21-08-2025 16:30
