Laçın rayonunun Piçənis kəndində ermənilər qəbir daşlarından özlərinə pilləkən düzəldiblər.
Dalidag.az xəzər tV-yə istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər bu günlərdə sosial şəbəkələrdə və bəzi Teleqram kanallarında paylaşılıb.
30 ilə yaxın dövrdə torpaqlarımızı işğal altında saxlayan və orada qanunsuz olaraq məskunlaşan ermənilər mədəni və tarixi abidələrimizə qarşı divan tutub, daşı-daş üstündə qoymayıblar. Hətta ölülərimizə qarşı öz çirkin niyyətlərini reallaşdıran ermənilər onlarla qəbir daşını yerindən çıxarıb, öz həyətlərində pilləkən əvəzi istifadə ediblər.
Pilləkənlərin həmin daşlardan ibarət olduğu bilinməsin deyə qəbir daşlarının hamısının yazılı tərəfini torpağa üzüaşağı basdırıblar. Hələ bu azmış kimi qəbiristanlıqdakı dəmir barmaqlıqları da söküb öz həyətində hasar kimi istifadə ediblər.
Politoloq Zaur Məmmədov deyir ki, ermənilərin bu murdar davranışları onların azərbaycanlılara qarşı sərhədsiz kin bəslədiklərini sübut edir.
Politoloqun sözlərinə görə, ermənilərin bu çirkin addımları qarşısında beynəlxalq təşkilatlar susmamalıdırlar. Bu kimi faktlara lazımi qiymət verilməlidir.
Zaur Məmmədov vurğulayıb ki, ermənilər özlərini cəzasızlıq mühitində hiss etdiklərinə görə insanlığa yaraşmayan belə addımlardan heç vaxt çəkinməyiblər.
Reklam
Ermənilərin Qarabağda daha bir vəhşiliyi - VİDEO
29-03-2021 13:51
.jpg)
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 29-03-2021 13:51
Baxış sayı: 2309Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























