Reklam
Aqil Məmmədov : “Məcburi köçkünlər azad olunmuş ərazilərdəki işlərə cəlb olunsun”
25-03-2021 23:50
“Təmsil olunduğum Kəlbəcər rayonundan olan seçicilərin istək və xahişlərini diqqətə çatdırmaq istəyirəm. İlk öncə qeyd edim ki, kəlbəcərlilər daim ulu Öndər siyasətinə sadiq olublar və bu gün də bu ənənəni davam etdirirlər. Eyni zamanda möhtərəm, cənab Prezidentin 17 illik fəaliyyətində əldə etdiyi uğurları və xüsusən də 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm qələbəni, işğaldan azad olunmuş bölgələrimizdə qısa müddətdə başladılan irimiqyaslı layihələri yüksək dəyərləndiririk. Buna görə də cənab Prezidentə öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.
Dalidag.az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin sonuncu plenar iclasında deputat Aqil Məmmədov səsləndirib.
Millət vəkili qeyd edib ki, seçicilərlə keçirilən görüşlər zamanı edilən çoxsaylı müraciətlər, şifahi zənglər zamanı seçicilərin doğma Kəlbəcərimizdə başlanılacaq tikinti-quruculuq işlərində fəal iştirak etmək məqsədilə o bölgədə fəaliyyət göstərəcək qurumlarda, şirkətlərdə işə düzəlmələrilə əlaqədar çoxlu xahişlər etmişlər : “Bilirsiniz ki, artıq Kəlbəcər rayonunda da irimiqyaslı layihələr keçirilmək üzrədir. Cənab Prezidentin tapşırığı əsasında Göygöl-Kəlbəcər yeni avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq artıq işlərə başlanılmışdır, sənədləşmə işi başa çatmışdır və aldığımız məlumata görə tez bir zamanda həmin yolun tikintisinə başlanılacadır. Odur ki, Kəlbəcər rayonunda fəaliyyət göstərəcək tikinti-abadlıq işlərində fəaliyyət göstərəcək dövlət qurumlarında yerli və xarici şirkətlərin rəhbərlərindən xahiş edirəm ki, seçicilərimizin istəyini nəzərə alıb əlavə işə qəbul zamanı o bölgədən olan sakinlərin işə qəbuluna daha çox üstünlük versinlər.
Eyni zamanda, hökumət qurumlarının burda iştirak etməsindən istifadə edərək daha bir xahişi diqqətə çatdırmaq istərdim. Bilirsiniz ki, Kəlbəcər təbii sərvətlərinə görə ən zəngin ən zəngin bölgələrdən biridir. Bu gün o təbii sərvətlərdən ən dəyərlisi olan İstisu barədə fikirlərimi diqqətinizə çatdırmaq istəyirəm. Məlumdur ki, İstisu tərkibinin zənginliyinə görə və müalicəvi əhəmiyyətinə görə dünyada mövcud olan ən qiymətli mineral sulardan biridir. Mütəxəssislərin hesablamalarına görə, oradan bir ildə 3 milyard litrdən artıq su çıxır. Bu sısqa bulaq deyil. İstisu iki hissədən-aşağı və yuxarı istisudan və 12 bulaqdan ibarətdir. Bunu hesablayanda görərik ki, sutkada milyonlarla litr su itkiyə gedir. Əgər Azərbaycanda bazarda mineral suların hər litrinin qiyməti ilə müqayisə aparsaq, nə qədər itkiyə yol vermiş olduğumuzu görərik. Ona görə də vətəndaşlarımız, seçicilərimiz xahiş edirlər ki, bunun qarşısını almaq ücün- qısa zamanda (təbii ki, dövlət büdcəsi hesabına. Çünki, ordan gələn gəlir birbaşa dövlətin büdcəsinə daxil olunsun-A.M.) burda dəmir konstruksiyalı modul tipli böyük sudoldurma zavodu tikilsin. Əlbəttə, elə olarsa, həm itkinin qarşısı alınar, həm büdcəmizə gəlir gələr, həm də yeni iş yerləri açılmış olar”.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 25-03-2021 23:50
Baxış sayı: 3283
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23