Reklam
Xankəndində xain qərarlar – Azərbaycan Ordusu hərbi əməliyyatlara başlayır?
25-03-2021 16:05

Bu gün Xankəndində özünü respublika adlandıran separatçı qurumun parlamentinin iclası keçirilib.
Sputnik-Armenia xəbər verir ki, iclas zamanı separatçı deputatlar rus dilinin ikinci dövlət dili elan olunması haqqında qərar qəbul ediblər. Qanun layihəsinin qəbuluna 27 deputat səs verib, 2 nəfər səsvermədə iştirak etməyib, daha 2 nəfər isə iclasa qatılmayıb.
Separatçı deputatların qəbul etdiyi ikinci qərar qondarma qurumun yeni ombudsmanının təyin olunması barədə olub. 22 lehinə, 8 əleyhinə olmaqla erməni separatçıları Geqam Stepanyanı özlərinin yeni ombudsmanı elan ediblər.
Xatırladaq ki, bu vəzifədə olan Artak Bəyləryan qondarma respublika prezidentinin aparat rəhbəri təyin olunub.
Qeyd edək ki, Xankəndindəki separatçı ermənilərin bu addımları onların Azərbaycan Respublikasının hüdudları daxilində dinc yanaşı yaşama kimi amalının olmadığını bir daha sübut edir. Bu addımlarla onlar müzəffər Azərbaycan Ordusunun Qarabağda növbəti antiterror əməliyyatlarına başlamasını qaçılmaz etməkdədir. Belə görünür ki, aprel-may aylarında erməni separatçılarının burunlarını yenidən ovmaq lazım gələcək.../musavat.com
Dalidag.az
Kateqoriya: Manşet / Qarabağ
Tarix: 25-03-2021 16:05
Baxış sayı: 3388Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























