"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" Dalidag . az -ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Twitter” hesabında yazıb.

Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 6 nəfər xəsarət alıb. Məlumata görə, ermənilərin rayon ərazisini top atəşinə tutması nəticəsində ilkin olaraq 4 nəfər mülki şəxs yaralanıb. Yaralıları çıxarmağa cəhd edər Tərtər rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd ərazi icra nümayəndəsi Zeynalov Ramiz Surxay oğlu və Tərtər rayon İcra Hakimiyyəti başçısının Ələsgərli kənd ərazi icra nümayəndəsi Əhmədov Kamran Vəliyəddin oğlu ağır

General Polad Həşimova qarşı qəsd əməliyyatı icra etmiş şəxs - Ermənistan ordusunun "ulduz"larından biri, 44 yaşlı Ruben Sənəmyan məhv edilib. Ermənistan prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə kapitan Sənəmyana milli qəhrəman adı verilmişdi. Əslən Ermənistanın Dilican rayonundan olan R.Sənəmyan "Qorxmaz" ləqəbi ilə tanınırdı. Ruben Sənəmyan Tovuz döyüşlərində aktiv iştirak etmişdi. Ermənistan Müdafiə Nazirliyinin müşaviri Şuşan Stepanyan bildirib ki, Sənəmyan

Dağlıq Qarabağdakı münaqişəyə bir çox ölkənin, o cümlədən Rusiya və ABŞ vətəndaşlarının cəlbi Rusiya mediasının diqqətini çəkib. Onların müşahidələrinə görə, bu axının əsas hissəsini erməni “könüllüləri” təşkil edir. Dalidag.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” məlumat yayıb. Məlumatda bildirilir ki, Ermənistan hərbi-vətənpərvərlik ictimai təşkilatı vasitəsilə xaricdən gəncləri döyüşlərə cəlb edir: “Bu yaxınlarda BBC və “Novaya qazeta” Azərbaycana qarşı döyüşməyə hazır

Oktyabrın 14-də saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olunub. Müdafiə Nazirliyindən verilən məlumata əsasən, bu ərazidəki raket kompleksləri Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənib. Oktyabrın 11-də Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş

Bu gün Tərtər rayonunun Sarıcalı kəndində insanı sarsıdan faciə baş verib. Dalidag.az xəbər verir ki, Vətən uğrunda gedən savaşda şəhid olan Tərtər rayon sakini Mehdi Elçin oğlu Məmmədovun nişanlısı və yaxın qohumu Mələk Vaqif qızı Sultanova intihar edib. Faktı Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov saytımıza təsdiqləyib. O bildirib ki, bu gün şəhidin dəfn mərasimindən qayıdan zaman Mələk Sultanovanın intihar etdiyi məlum olub. Məlumata görə, M.Sultanova şəhidimizin ölümünə dözmədiyi

İşğal olunmuş Azərbaycan ərazilərində məskunlaşan ermənilərin çoxu artıq müharibəni uduzduqlarını və Qarabağın Azərbaycana qaytarılmasının yaxınlaşdığını anlamağa başlayıblar. Dalidag.az xəbər verir ki, bunu Xankəndində evinin qarşısında Azərbaycan dilində “Xoş Gəlmisiniz” afişasını asan yaşlı qadın da başa düşüb. Azərbaycanın tərkibində olan Qarabağda azərbaycanlılarla ermənilərin birlikdə yaşamaq təcrübəsini xatırlayan yaşlı qadın anlayır ki, İrəvan artıq məğlub olub və Qarabağ erməniləri

“Minsk qrupunun üzvləri arasında Belarus, İsveç, Hollandiya və Portuqaliya da var. Belarus məlum, öz hayındadır, İsveçi, Hollandiyanı və Portuqaliyanı Dağlıq Qarabağ münaqişəsi çoxmu maraqlandırır? Bu dövlətlərin qrupda olmasının bizə nə faydası var?” Dalidag.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspert Moskvada Ermənistan və Azərbaycan arasında elan edilmiş atəşkəs anlaşmasına da diqqət çəkib: “Moskvada qəbul edilən bəyannamənin 4-cü maddəsində yazılıb ki, danışıqlar

Goranboy, Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Xəbərdə bildirilir ki, humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutur. Dalidag.az

Ermənistan ictimaiyyəti daha çox “War Gonzo” adlanan guya müstəqil jurnalist qruplaşmasının məlumatları ilə aldadılır. Baku TV xəbər verir ki, Hadruta hiylə yolu ilə soxularaq, guya erməni işğalçılarının bu məntəqədən hələ də çəkilmədiyini iddia edir. Belə ki, çəkiliş qrupu meyitləri yığmaq üçün istifadə edilən sanitar maşınlara oturub həmin əraziyə gedir. Tibb maşınlarının Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulmayacağına əmin olan “jurnalistlər” yalan informasiyanı bu şəkildə
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024