"Rusiya ilə Ermənistan arasında olan razılaşmaya əsasən, 102-ci baza yalnız Ermənistan ərazisinin müdafiəsi üçün nəzərdə tutulub”. Dalidag.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli Ermənistanın Baş naziri Nikol Paşniyanın "İnterfaks”a müsahibəsində Rusiyanın Gümrüdəki bazasından konkret vəziyyət yarandığı halda Azərbaycana qarşı istifadə edə biləcəyi ilə bağlı fikirini şərh edərkən deyib. Onun fikrincə, Ermənistanın 102-ci bazanın potensialından rəsmi olaraq

Bölmələrimizin mövqelərini atəşə tutan düşmən topları dəqiq atəşlə məhv edilib. Dalidag.az-ın məlumatına görə, Müdafiə Nazirliyi bölmələrimizin mövqelərini atəşə tutan düşmən topları dəqiq atəşlə məhv edilməsini əks etdirən görüntüləri yayıb.

“Düşmən qruplaşması mühasirəyə alınıb”. Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı keçirilir. Dalidag.az

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir. Dalidag.az bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiq edilmiş plana uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb. Dövlət Xidmətindən bildirilib ki, qismən səfərbərliyə cəlb edilmiş Azərbaycan

Tam bir il əvvəl təqvimin bu günündə biz bir yola başladıq. Bəlli məqsədimiz, aşkar məramımızla məsuliyyəti, ağırlığı adına tən bir ucalığı yaşatmaq, unudulmağa qoymamaq üçün çıxdıq bu yola. Əslində fəaliyyətimizin yaşı daha çox olsa da sayt olaraq 1 yaşımızı qeyd edirik. Bəli, “Dəlidağ” Ədəbi Birliyindən başlanan müqəddəs işimizi, daha doğrusu borcumuzu, missiyamızı daha geniş arenada işıqlandırmaq, təbliğ etmək üçün eyniadlı sayt yaratmaq istəyimizi ideyadan reallığa qovuşdurduq. Ucalıq rəmzi

Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan ağır yaralanıb. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib.

Ermənistan tərəfi itkilərini açıqlayır. Dalidag.az xəbər verir ki, gün ərzində düşmən orduda məhv edilən hərbi qulluqçuların sayı 26 nəfərdir. Bununla da Ermənistan tərəfinin rəsmi açıqladığı ölülərin sayı 85-ə çatıb. Ölən hərbçilərin adlarını təqdim edirik: 1. Qaltaxçyan Aşot Armeni, 2001-ci il təvəllüdlü 2. Yuri Karen Hovsepyan, 2000-ci il təvəllüdlü 3. Avanesyan Aşot Meyva, 2000-ci il təvəllüdlü 4. Samvel Sarqis Amiryan, 1996-cı il təvəllüdlü 5. Vanuş Vəhram Harutyunyan, 2000-ci il

Sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Hazırda döyüşlər davam edir. Вalidag.az

Bugün keçirilən əməliyyatlar nəticəsində Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib. Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilib. Dalidag.az-ın məlumatına görə, AzTV işğaldan azad edilən Talış yüksəkliklərindən ilk görüntüləri lentə alıb.
Yazı axını