Həbsdə olan Tofiq Yaqublunun qızı Nigar Həzi bu gün atasına baş çəkib. Dalidag.az xəbər verir ki, çətinliklə görüşə nail olan N.Həzi artıq 9 -cu gündür aclıq aksiyasını davam etdirən məhbusun vəziyyətinin get-gedə ağırlaşdığını bildirib: "Çox pisdir halı. Bütün sümüklərinin sızıldadığını və güclə yeridiyini bildirdi. Görüşə gələndə səndərləyə-səndərləyə gəlirdi. Dəhşət baş ağrılarının və başgicəllənmələrinin olduğunu bildirdi". Onun sözlərinə görə T.Yaqublu ayağa güclə qalxır: "Ayağa güclə

Azərbaycan Milliyyətçi Demokrat Partiyası qurultaya hazırlaşır. Dalidag.az xəbər verir ki, bu barədə qaynarinfo-ya açıqlamasında qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Qələndər Muxtarlı məlumat verib. Onun sözlərinə görə qurultay oktyabırın əvvəlində onlayın formatda baş tutacaq: "Bu, partiyanın 10-cu qurultayıdır”. Qeyd edək ki, sabiq Daxili İşlər naziri İsgəndər Həmidov Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri olub. Keçmiş nazir bu ilin fevral ayında vəfat edib.

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun səhhəti yenidən pisləşib. Dalidag.az bildirir ki, sözügedən məsələ ilə bağlı sabiq səfirin qardaşı Şahin Həsənov unikal.org-a açıqlamasında bildirib ki, Eldar Həsənovun sağlıq durumu yaxşı deyil: "Qardaşım Eldar Həsənovun səhhətindəki problemlər şiddətlənib. O, buna görə, bir neçə dərman preparatından istifadə etməyə başlayıb. Yanına sovqat aparanda onun saxlanma

Sakibə İsmayıl qızı Ələsgərova filologiya üzrə fəlsəfə doktoru, DPU-nun dosenti, əməkdar müəllim Mən bir qız tanıyıram –Cəmilə Çiçək. Bu qız Vətən dərdlidir, ana dərdlidir. Hamının üzünə gülümsəyir, amma içində bir qovğa var- həyat qovğası, yaşam qovğası. Həssasdır, səmimidir, utancaqdır. Amma bu onun mənəvi gücünü zəiflətmir, mübarizdir, haqq yanadır. Kəlbəcər alınandan çırpınır-ailəsi üçün, elm naminə, Vətən üçün. Bəzən də vacib layihələrlə görüşümüzə gəlir. Bu dəfəki layihənin mövzusu “İtkin

Son zamanlar Rusiyanın Ermənistana silah yardımı etməsi rəsmi İrəvanı müharibəyə həvəsləndirib. Lakin İrəvan anlamır ki, Rusiya bu yolla onu arxayınlaşdırır. Ehtimal bir müharibə zamanı Rusiya Ermənistana dəstək verməyəcək. Çünki Rusiya Cənubi Qafqazda nə Ermənistanı, nə də Azərbaycanı qalib görmək istəyir. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli “dqr” separatçılarının Goranboyu ələ keçirməklə
Yazı axını