Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistanın işğalına məruz qalıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin "Öncə Vətən!" hərbi-vətənpərvərlik sosial layihəsi çərçivəsində, Qubadlının işğalının 27-cü ildönümü ilə əlaqədar videoçarx hazırlanıb. Videoçarxda məcburi köçkünlər - Qarabağ qazisi Mahir Abbasov və Qubadlı ərazi özünümüdafiə batalyonunun komandiri Dağbəyi Məhyəddinov qubadlıların döyüş ruhu, təcavüzkarlara

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev sahibi olduğu villalardan birini satışa çıxarıb. Ramiz Mehdiyevin satmaq istədiyi dəbdəbəli mülk Göyçay rayonunun Hüngütlü kəndindədir. Villa dörd hektar ərazidə yerləşir, hər tərəfdən altı metr hündürlükdə hasarla əhatə olunub. Satış qiyməti 2,5 milyon manatdır. Villanın ərazisində vertolyot üçün xüsusi meydança var. Bildirilib ki, Ramiz Mehdiyevin Göyçayın Yeniarx kəndində 10 hektar nar bağı da olub. Amma vəzifədən

Ermənistan birmənalı olaraq münaqişənin danışıqlar yolu ilə həllini istəmir və açıq-aşkar müharibəyə hazırlaşır. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsi haqda danışarkən deyib. Politoloq Paşinyanın Qarabağ separatçılarının lideri Araik Arutyunyanla birlikdə döyüş mövqelərində olmasını bu cür şərh edib: “Son hadisələr və Paşinyanın Dağlıq Qarabağa növbəti səfəri

Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 27 ili tamam olur. Dalidag.az-ın məlumatına görə, Qubadlı rayonu 1930-cu ildə yaradılıb. ərazisi 802 kv.km-dir. 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var. 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. İşğal ərəfəsində əhali 30 minə qədər olub. İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün

İslam mədəniyyətinin 1400 illik tarixi boyunca bəlkə də Ömər Xəyyam qədər mübahisələrə səbəb olan, haqqında ziddiyyətli fikirlər irəli sürülən ikinci şəxsiyyət tapmaq mümkün deyil. Bəziləri onu az qala ulu Loğman qədər hikmət sahibi, İbn Sina qədər qüdrətli filosof, Biruni qədər bacarıqlı astronom hesab etmişlər. Bəziləri isə tam əksinə, onu rindanə həyat sürən və bu cür həyatı təbliğ edən, axirət aləminə inanmayan və ölümdən sonra həyat olmadığını söyləyən, dünyanın puçluğunu anlamaqdan doğan

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-14-də II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb. DİM-dən verilən məlumata görə, qeyd olunan tarixlərdə keçirilən imtahanlarda iştirak edənlər və Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 30 avqust-1 sentyabr tarixlərində apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun

Bu gün Azərbaycanda Aşuradır. Dalidag.az-ın məlumatına görə, Azərbaycanda Məhərrəm ayı avqustun 21-də başlayıb. Məhərrəm ayının 10-u - Aşura günü isə 2020-ci il avqust ayının 30-na təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə bağlı müraciətində bildirilir ki, koronovirus pandemiyası ilə əlaqədar Operativ Qərargahın qərarına əsasən, Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək. Bununla əlaqədar qanvermə aksiyası

"Sentyabr ayında işsiz vətəndaşlara birdəfəlik 190 manat yardım Prezidentin xüsusu qərarı əsasında verilə bilər”. Dalidag.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun fikrincə, bu qərar verilərsə, yalnız Bakı, Sumqayıt və Abşeron vətəndaşlarına şamil olunacaq: "Əslində, sərt karantin rejimi deyil. Bəzi yerlərin açılması ilə bağlı qərar verilib. Yarımçıq da olsa, böyük ticarət mərkəzlərindən başqa bəzi sahələrdə - kafe və restoranlarda,

Mehrac Dünyamalıyev- Türk dünyasının iki qanadından birinə vurulan buxovlar üzündən azad olunması tez-tez yuxularımıza girən Qarabağdan- Kəlbəcərdəndi... 28 yaşı var, anadan gəlmə görmə əngəllidir. Xalq musiqisinin və aşıqların əsrarəngiz sehrinə düşmüş istedadlı bir gəncdir. Altı yaşında, atasının tut ağacından düzəldilmiş qara sazında tanış olur Azərbaycan dastanları və xalq musiqiləri ilə. Atası oğlundakı istedadı duyub, bu sənəti ona da öyrədir. Mehrac qısa müddətdə-cəmi bir aya heç bir
Yazı axını