Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistanın işğalına məruz qalıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin "Öncə Vətən!" hərbi-vətənpərvərlik sosial layihəsi çərçivəsində, Qubadlının işğalının 27-cü ildönümü ilə əlaqədar videoçarx hazırlanıb. Videoçarxda məcburi köçkünlər - Qarabağ qazisi Mahir Abbasov və Qubadlı ərazi özünümüdafiə batalyonunun komandiri Dağbəyi Məhyəddinov qubadlıların döyüş ruhu, təcavüzkarlara

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev sahibi olduğu villalardan birini satışa çıxarıb. Ramiz Mehdiyevin satmaq istədiyi dəbdəbəli mülk Göyçay rayonunun Hüngütlü kəndindədir. Villa dörd hektar ərazidə yerləşir, hər tərəfdən altı metr hündürlükdə hasarla əhatə olunub. Satış qiyməti 2,5 milyon manatdır. Villanın ərazisində vertolyot üçün xüsusi meydança var. Bildirilib ki, Ramiz Mehdiyevin Göyçayın Yeniarx kəndində 10 hektar nar bağı da olub. Amma vəzifədən

Ermənistan birmənalı olaraq münaqişənin danışıqlar yolu ilə həllini istəmir və açıq-aşkar müharibəyə hazırlaşır. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsi haqda danışarkən deyib. Politoloq Paşinyanın Qarabağ separatçılarının lideri Araik Arutyunyanla birlikdə döyüş mövqelərində olmasını bu cür şərh edib: “Son hadisələr və Paşinyanın Dağlıq Qarabağa növbəti səfəri

Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 27 ili tamam olur. Dalidag.az-ın məlumatına görə, Qubadlı rayonu 1930-cu ildə yaradılıb. ərazisi 802 kv.km-dir. 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var. 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. İşğal ərəfəsində əhali 30 minə qədər olub. İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün
Yazı axını