Reklam
İrəvan müharibəyə hazırlaşır: Nikolun səfəri... – Zülfüqarov
31-08-2020 13:45

Ermənistan birmənalı olaraq münaqişənin danışıqlar yolu ilə həllini istəmir və açıq-aşkar müharibəyə hazırlaşır.
Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsi haqda danışarkən deyib.
Politoloq Paşinyanın Qarabağ separatçılarının lideri Araik Arutyunyanla birlikdə döyüş mövqelərində olmasını bu cür şərh edib:
“Son hadisələr və Paşinyanın Dağlıq Qarabağa növbəti səfəri faktiki olaraq Ermənistanın lokal müharibəyə hazırlaşdığını göstərir. Çünki səfər zamanı Nikol Paşinyan separatçı “lider” Araik Arutyunyanla birlikdə Qarabağda yerləşən döyüş mövqelərində olub, daha sonra isə hərbçilərin yaşayış şəraiti ilə maraqlanıb və əsgərlərlə söhbət edib. Göründüyü kimi, Paşinyanın işğal edilmiş torpaqlara budəfəki səfəri tam mənasında hərbi məsələlərə həsr olunub”.
Politoloq qeyd edib ki, Ermənistanda “Müdafiə haqqında” qanuna edilən dəyişikliklərin ictimai müzakirəyə çıxarılması qaçılmaz müharibənin mesajlarını verir:
“Rəsmi İrəvan bir yandan mülki vətəndaşlar hesabına ordusunun say tərkibini artırır, digər tərəfdən isə işğal olunmuş torpaqlarda son vəziyyətlə tanış olur. Bununla belə, Ermənistan Rusiyanın bu müharibədə ona lazımi səviyyədə köməklik göstərəcəyinə inanmır.
İstənilən halda, Ermənistanın müharibə hazırlıqlarına adekvat cavab verilməlidir. Həm diplomatik, həm də hərbi yolla düşmənə vaxtında və layiqli cavab vermək lazımdır”.
Dalidag.az.
Kateqoriya: Qarabağ
Tarix: 31-08-2020 13:45
Baxış sayı: 3410Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























