Əziz Kəlbəcər rayon sakinləri, Sizi və bütün Azərbaycan xalqını Kəlbəcər Rayon İcra Hakimiyyəti adından dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan,yüksək bəşəri amalları və ilahi mərhəməti özündə ehtiva edən müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirik. Kəsdiyiniz qurbanların, etdiyiniz duaların Ulu Yaradan tərəfindən qəbul edilməsini, pak niyyətlərinizin, ülvi arzularınızın çin olmasını diləyirik. Bu müqəddəs bayram sizlərə xoşbəxtlik, sağlamlıq, süfrənizə

“Ermənistan silahlı qüvvələrinin mərkəzi tabelikdə olan, eləcə də birinci eşelonda yerləşən hərbi hissələrinin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi və onların qəfil yoxlanılmasının səbəbi ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərinin Ermənistan hakimiyyətində yaratdığı xof və qorxudur”. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanın dünən Balakəndə söylədiyi “Erməni xalqı nəhayət başa

Azərbaycanda bu gün və sabah Qurban bayramı qeyd olunur. Dalidag.az-ın məlumatına görə, Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, bu il Qurban bayramı iyulun 31-də və avqustun 1-də qeyd edilir. Qurban bayramı ilə əlaqədar Azərbaycanda iyulun 31-i (cümə), avqustun 1-i (şənbə), 2-si (bazar) və 3-ü (bazar ertəsi) ardıcıl 4 gün qeyri-iş günüdür. Koronavirus pandemiyasına görə

Almaniya Xarici İşlər Nazirliyi mədəni siyasət idarəsinə daxil olan, dinlərin birgə mövcudluğu bölməsinə yeni rəhbərin təyinatı ölkədə Türkiyə düşməni, ermənipərəst siyasətçiləri qəzəbləndirib. Xarici agentliklər xəbər verir ki, bu vəzifəyə Almaniya müsəlmanlarının mərkəzi şurasının sədr müavini Nurham Soykan təyin eidlib. Nurhan Soykan 2016-cı ildə qondarma soyqırımın Bundestaqda tanınmasına qarşı sərt çıxışları ilə tanınırdı. Almaniya Bundestaqının Cənubi Qafqaz parlament qrupunun sədr

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları iki gün - şənbə və bazar günləri hərəkətdə olmayacaq. "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 1 və 2 avqust tarixlərində hərəkətdə olmayacaq. Məlumata əsasən, qeyri-iş günləri olan 31 iyul və 3 avqust tarixlərində saat 17:30 və 18:35-də yola düşən Bakı-Xırdalan-Sumqayıt qatarları, saat 17:40 və 19:05-də yola

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti buraxılış (qəbul) imtahanları keçirilir. DİM-dən verilən məlumata görə, 14255 şagirdin (abituriyentin) iştirak edəcəyi nəzərdə tutulan imtahan saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Bu gün imtahan keçiriləcək bölgələr bunlardır: 11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı: Yasamal (Bakı), Xəzər (Bakı),

Dəyişən cərəyana keçid elektriklə işləyən lokomotivlərin dartı gücünü yaxşılaşdırmaqla dəmir yolları ilə daşınan yük həcminin və sərnişin sayının artırılmasına müsbət təsir edəcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tarixində ilk dəfə olaraq dəyişən cərəyan sisteminə keçidin sınağı baş tutub. Dəyişən cərəyanla işləyən yeni elektrovozun ilk test yürüşü uğurlu alınıb. Sınaq yürüşü Gəncə yaxınlığında yerləşən Alabaşlı stansiyasında keçirilib. Dəyişən cərəyan dartısına keçid enerji və digər

Dövlət Sərhəd Xidmətinin Bakıda yerləşən "N" saylı hərbi hissəsində əsgər vəfat edib. DSX-nin Mətbuat mərkəzindən verilən məlumata görə, iyulun 29-da səhər saat 9:15-də Dövlət Sərhəd Xid­mətinin Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müd­dətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsər­rüfat işlərinin görülməsi zamanı ehti­yatsızlıq səbəbindən baş ver­miş bəd­bəxt hadisə nəticəsində vəfat

Bu gün DİM tərəfindən növbəti buraxılış (qəbul) imtahanları keçirilir. Mərkəzdən verilən məlumata görə, imtahanlar respublikanın 14 şəhər və rayonunda təşkil olunur. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. İmtahanlar saat 11:00-da başlanır. İmtahanların

“Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən bildirildiyi kimi, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən və illik plana uyğun olaraq keçirilən təlimlərdir”. Dalidag.az-ın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. “Bu təlimlər iki ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə
Yazı axını