Bu gün AMEA Folklor İnstitutunun Şəki sektorunun rəhbəri, pedaqoq, şair-yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, birliyin Şəki bölməsinin sədri Vaqif Aslanın doğum günüdür. Vaqif Cumay oğlu Aslanov 1950-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun “Fransız və Azərbaycan dilləri” fakültəsinin məzunudur. “Ruhlarla söhbət”, “Oğuz elinə salam”, “Qanımdan rəng alan gül” və digər şeir kitablarının müəllifidir. 2009-cu ildə dördcildlik

Akif Səmədin ölüm xəbərini eşidəndə yanımdakı dostlarımdan biri nədənsə “bir nəfər də öldü” – demədi, “birini də öldürdülər!” – dedi. Mən isə dostumun dediyi sözləri başımla təsdiqlədim; “Bəli, öldürdülər!”. Amma kim öldürdü?... Bunu nə dostum deyə bilərdi, nə də ki mən... Əslində, nadanlıq, cəhalət və tamah içərisində boğulan bu cəmiyyətdə Akif Səmədin ölümü üçün nə qədər səbəb tapmaq olardı. ...Mənə elə gəlir ki, Akif Səməd ölməmişdən öncə mənimlə halallaşdı, boynumu qucaqlayıb iki ay öncə

Keçən gün Şəmkirdə övladına kiçik toy məclisi (sünnət) düzənləyən vətəndaş İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə müvafiq protokol tərtib olunaraq məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib... Bu kimi xəbərləri eşidəndə adamın qanı donur. Başımızın üstündən qara buludlar çəkilmək bilməyən

1918-ci ildə Azərbaycan Cümhuriyyətinin və Azərbayca nın müstəqilliyinin təməl daşını qoyanlardan biri də görkəmli ictimai və dövlət xadimi Nəsibbəy Yusifbəyli idi. Nəsibbəy Yusif oğlu Yusifbəyli 1881-ci ildə Gəncədə ziyalı ailəsində anadan olmuşdur. Öz doğma şəhərində klassik gimnaziyanı bitirən Nəsibbəy 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olur. Birinci rus inqilabı ərəfəsində Odessa tələbələrinin siyasi tətillərində digər azərbaycanlı tələbələrlə birlikdə Nəsibbəy də

Sərt karantin rejimində polislərin üzərinə çox böyük məsuliyyət və yük düşür. Müşahidə etmişəm və bilirəm ki, hazırda onlar nə qədər ağır yükü çiyinlərində daşıyırlar. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında ekspert Aslan Əsədov deyib. O bildirib ki, həm polislərin yükünü azaltmaq, həm də yoluxmanın qarşısını almaq üçün Bakıdakı sıxlığı azaltmaq çox yaxşı olardı: “Hazırda yay fəslidir və insanlar rayonlara getmək, təmiz hava almaq istəyir. Nəzərə alsaq ki, təmiz hava

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 43 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu, Yusifcanlı,
Yazı axını