​​​​ “Dünya ölkələrinin koronavirus pandemiyası ilə mübarizə apardığı, bir-birinə yardım etdiyi bir vaxtda Ermənistanın Azərbaycana qarşı təxribatçı hərəkətlərini davam etdirməsi, istər xalqımızda, istərsə də bütün dünyada böyük təpkiyə və qınağa səbəb oldu. Müxtəlif rayonlarda, o cümlədən, paytaxt Bakıda Azərbaycan xalqının meydanlara axışaraq ordumuza, Ali Baş Komandana göstərdiyi dəstək, həm işğalçı Ermənistana, həm də onun havadarlarına bir siqnal oldu. Bütün dünya gördü ki, hər hansı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz funksiyalarını ölkəmizin ərazisində koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşını almaq məqsədilə həyata keçirilən dövlət tədbirləri çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və qaydalara uyğun olaraq yerinə yetirir. Komitə sədri Rövşən Rzayev bu gün növbəti videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib,

Serbiyanın müvəqqəti işlər vəkili Serbiyanın Ermənistana silah göndərməsi ilə bağlı məlumatdan xəbərsiz olduğunu bildirib. Dalidag.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən mətbuat konfransında deyib. L.Abdullayeva bildirib ki, müvəqqəti işlər vəkili hadisədən xəbərsiz olduğunu və baş verənlərdən təəssüf etdiyi bildirib: "O bildirdi ki, bu məsələ ilə bağlı öz ölkəsinin rəhbərliyinə məlumat verəcək və ümid etdiyini bildirib

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq

Misirdə "Mummy Project" tədqiqat qrupu sirli "qışqıran qadının mumiyası"nı təhlil edib. "Ahram Onlayn" xəbər verir ki, bunun üçün kompüter tomoqrafiyadan istifadə edilib. Nəticələrə əsasən məlum olub ki, təxminən 3000 il əvvəl Misir şahzadəsi olduğu təxmin edilən qadın ürək tutmasından ölüb. Tədqiqat tanınmış misiroloq Zaha Havass və Qahirə Universitetinin rentgenoloq professoru Sahar Səlimin başçılıq etdiyi qrup tərəfindən aparılıb. Sözügedən mumiya elmə iki "qışqıran mumiya" kimi məlum
Yazı axını