Reklam
"Kəlbəcər sakinləri aktiv şəkildə orduya yazılmaq üçün müraciət edirlər" - Deputat
21-07-2020 22:33
“Dünya ölkələrinin koronavirus pandemiyası ilə mübarizə apardığı, bir-birinə yardım etdiyi bir vaxtda Ermənistanın Azərbaycana qarşı təxribatçı hərəkətlərini davam etdirməsi, istər xalqımızda, istərsə də bütün dünyada böyük təpkiyə və qınağa səbəb oldu. Müxtəlif rayonlarda, o cümlədən, paytaxt Bakıda Azərbaycan xalqının meydanlara axışaraq ordumuza, Ali Baş Komandana göstərdiyi dəstək, həm işğalçı Ermənistana, həm də onun havadarlarına bir siqnal oldu. Bütün dünya gördü ki, hər hansı pandemiya və ya çətinliklər Azərbaycan xalqının Qarabağ istəyinin və tələbinin qarşısında arxa plandadır”.
Dalidag.az xəbər verir ki, Bu fikirləri Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov bildirib.
Millət vəkilinin sözlərinə görə Ermənistanın nəticəsiz hücumunun arxasında bilinən və bilinməyən məqsədlər vardı: “Bir neçə günlük savaşda Ermənistanın məqsədi öz ölkəsinin daxilindəki gərginliyi, problemləri əhaliyə unutdurmaq, insanlarda yalançı “patriotizm” duyğuları yaratmaq idi. Eyni zamanda, burada Azərbaycana hansısa formada təsir göstərmək istəyən qüvvələrin də dəsti-xətti hiss olunur. Son günlər Ermənistana silah verilməsi ilə bağlı aşkarlanan faktlar da buna əsas verir. Ancaq, kimin məqsədi nə olursa olsun, Azərbaycan ordusunun qarşısında gördüyü Ermənistandır. Ermənistan 2016-cı ildə Cocuq Mərcanlıda, Lələ Təpədə, 2018-ci ildə Naxçıvanda aldığı zərbələri bu dəfə Tovuz istiqamətində aldı”.
A.Məmmədovun sözlərinə görə bütün bunlara baxmayaraq Azərbaycan Prezidentinin çağırışı ilə minlərlə vətəndaşın hərbi xidmət üçün müvafiq dövlət qurumlarına üz tutması xalqımızın qələbəyə inamının ifadəsidir: “Bu gün minlərlə vətəndaşımız ordu sıralarına yazılmaq üçün qeydiyyatdan keçir. Ərazisi işğal olunmuş Kəlbəcər rayonunun sakinləri də cənab Prezidentin çağrışına səs verərək aktiv şəkildə orduya yazılmaq üçün müraciət edirlər. Mən rayonun səfərbərlik və hərbi xidmətə çağrış xidmətindən öyrənmişəm. Artıq yüzlərlə kəlbəcərli orduya qatılmaq üçün həm yerli, həm də mərkəzi çağırış və səfərbərlik xidmətlərinə müraciət ediblər. Onların içərisində şəxsən tanıdığım birinci Qarabağ savaşının döyüşçüləri, ehtiyatda olan zabitlərimiz, çox sayda gənclərimiz var. Bu həm insanlarımızın doğma yurd-yuvaya geri dönmək ehtiyacından, həm də ordumuza, dövlətimizə, Ali Baş Komandana inamından irəli gəlir”.
Yeri gəlmişkən, millət vəkili iyulun 14-dən 15-ə keçən gecə Azərbaycan xalqının ordumuza və Ali Baş Komandana dəstəyinii ifadə etmək üçün keçirdiyi həmrəylik aksiyasında bəzi təxribatçı qrupların Milli Məclis binasına soxulması hamımızda böyük təəssüf hissi yaratdı. Hüquq-mühafizə orqanları bu hüquqa-zidd əmələ lazım olan qiyməti verəcək. Ancaq, belə təxribatçı əməllər Azərbaycan xalqının dövlətlə, hakimiyyətlə, ordu ilə birliyinə heç bir xələl gətirə bilməz.
Dalidag.az

Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 21-07-2020 22:33
Baxış sayı: 3470
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23