QISA TANITMA Namiq Talış oğlu Mehdili (Namiq Dəlidağlı) 1970-ci ildə Kəlbəcərdə anadan olub. Orta təhsilini doğulduğu rayonda başa vurub. Keçmiş Sovet ordusu sıralarında xidmət edib. İxtisasca jurnalist-filoloqdu. Hələ orta məktəbdə oxuduğu illərdən şeir və məqalələri Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və mərkəzi mətbuatda dərc edilib. 1993-cü ildən dövri mətbuatda çalışır. “Açıq söz”, “Yeni dünya”, “Avrasiya”, “Aydın səma” , “168 saat”, “Vaxt”, “İki sahil” və digər qəzet və saytlarda müxbir,

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb. Müdafiə Nazirliyinin

Güclü yağan leysan yağışları nəticəsində kəlbəcərli məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərə sel-suları ciddi ziyan vurmuşdur. 11 iyul 2020-ci il tarixdə Gəncə şəhərinə yağan güclü yağış nəticəsində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasının dam örtüyündən yağış suları, məcburi köçkünlərin yaşadıqları mənzillərə dolaraq acınacaqlı vəziyyət yaratmışdır. Eyni zamanda Gəncə-Göygöl suvarma kanalı sel suları nəticəsində

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Dalidag.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hər iki tərəfdən itki var. Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə əlavə məlumat veriləcək. Dalidag.az

Ötən sutka ərzində Ermənistanda daha 577 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub və ölkədə koronavirusa yoluxanların sayı 31 min 969 nəfərə çatıb. Dalidag.az apa-ya istinadən bildirir ki, sutka ərzində 6 nəfər ölüb. Beləliklə, indiyə qədər koronaviursa yoluxma nəticəsində 565 nəfər ölüb. Dalidag.az
Yazı axını