Reklam

Kəlbəcərli məcburi köçkünlər məskunlaşan ərazidə güclü sel fəsadlar törətdi - icra başçısı tapşırıqlar verdi
12-07-2020 17:46

Güclü yağan leysan yağışları nəticəsində kəlbəcərli məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərə sel-suları ciddi ziyan vurmuşdur.
11 iyul 2020-ci il tarixdə Gəncə şəhərinə yağan güclü yağış nəticəsində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasının dam örtüyündən yağış suları, məcburi köçkünlərin yaşadıqları mənzillərə dolaraq acınacaqlı vəziyyət yaratmışdır. Eyni zamanda Gəncə-Göygöl suvarma kanalı sel suları nəticəsində nəzərdə tutulan su tutumundan artıq yükləndiyi üçün kanal dağılaraq "Atçılıq" adlanan yaşayış massivindən keçən hissəsində yaşayan 6 ailənin fərdi yaşayış mənzilinə dolaraq sakinlərə ciddi ziyan vurmuşdur. Sakinlərin məişət əşyaları yararsız hala düşmüş, problem aradan qaldırılanadək həmin ailələr ərazidən çıxarılaraq qohum evlərinə yerləşdirilmişlər. Bu səbəbdən də vətəndaşlar Kəlbəcər RİH-nə müraciət edərək köməklik göstərilməsini xahiş etmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qaçqınlara və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir ki, yaranmış çətinliyin aradan qaldırılması məqsədi ilə Kəlbəcər RİH başçısı Azər Qocayev dərhal əraziyə getmiş, yaranmış vəziyyətlə ətraflı tanış olmuşdur. Problemin tezliklə aradan qaldırılması üçün aidiyyatı qurumlarla birgə aşağıdakı işlər görülmüşdür:
-Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dəvət edilmiş, sakinlərin evlərinə və həyətlərinə dolmuş suyun ərazidən təmizləməsi işləri hazırda davam etdirilir.
-Kəlbəcər rayon Suvarma Sistemləri İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilmiş, Gəncə-Göygöl suvarma kanalının bərpa edilməsi üçün əraziyə 2 ədəd texnika cəlb edilərək kanalın dağılmış hissələri lil qatlarından təmizlənmış və hazırda müəyyən bərkitmə işləri aparılır.
-ADAU-nun 6 saylı yataqxanasının dam örtüyünün təmir edilməsi üçün Kəlbəcər RİH tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəsmi müraciət edilmiş və müraciət əsasında Komitənin Qərb bölgəsi üzrə Təmir-Tikinti İdarəsinin əmakdaşları ilə birgə binaya baxış keçirilmişdir. Yataqxananın dam örütüyünün təmir edilməsi məqsədi ilə müəyyən inşaat materialları alınaraq su ötürücü boruların bir hissəsi dəyişdirilmiş və yaxın günlərdə isə binanın dam örtüyü hopturulmuş karton (tol) ilə yenidən örtülərək təmir olunacaqdır.
Dalidag.az








Yazı axını
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
24 / 07 / 2025
Ən çox oxunanlar