Reklam
e
12-07-2020 21:46
QISA TANITMA
Namiq Talış oğlu Mehdili (Namiq Dəlidağlı) 1970-ci ildə Kəlbəcərdə anadan olub. Orta təhsilini doğulduğu rayonda başa vurub. Keçmiş Sovet ordusu sıralarında xidmət edib. İxtisasca jurnalist-filoloqdu.
Hələ orta məktəbdə oxuduğu illərdən şeir və məqalələri Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və mərkəzi mətbuatda dərc edilib. 1993-cü ildən dövri mətbuatda çalışır. “Açıq söz”, “Yeni dünya”, “Avrasiya”, “Aydın səma” , “168 saat”, “Vaxt”, “İki sahil” və digər qəzet və saytlarda müxbir, parlament müxbiri, şöbə müdiri işləyib. “168 saat”, ”Hər şey Sizin üçün”, “Gəncliyin səsi”, “Dəlidağ” qəzetlərinin baş redaktoru olub.
Ədəbi yaradıcılıqla məşğuldu. Şeirləri “Ədəbiyyat qəzeti”, “Yeni Azərbaycan”, “Ədalət”, “Kaspi”, “168 saat”, “Şəhriyar”,“Murovdağ”, “Vaxt”, “Yeni Dünya”, “Səhifələr”, “Türküstan”, “Sumqayıt”, “Gəncliyin səsi” və. s qəzetlərdə, o cümlədən, “Xəzər”, “Ulduz”, “Cahan”, “Ziyalı”, “Xəzan” və digər dərgilərdə, internet saytlarında dərc edilib. Həmçinin bir sıra şeirləri ölkəmizdə və xaricdə nəşr edilən ədəbi toplularda işıq üzü görüb. Beş publisistik kitabın müəllifi, həmmüəllifi, “Ağ gecənin nağılı”, “Otel otağından reportaj” şeirlər kitablarının müəllifidi. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdü. “Qızıl qələm” və digər ədəbi və media mükafatlarına layiq görülüb.
“Manevraz”, “Dalidag.az” və “Sumqayitfakt.az” xəbər saytlarının təsisçisi, “Dəlidağ” Ədəbi Birliyinin sədridi. Qardaş Türkiyədə fəaliyyət göstərən “Karsamhaber” xəbər portalının köşə yazarıdı. Prezident təqaüdçüsü olub.
Kəlbəcərin işğalından sonra Sumqayıtda məskunlaşıb. Ailəlidir, 2 övladı var.

Kateqoriya: ---
Tarix: 12-07-2020 21:46
Baxış sayı: 336Yazı axını
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
29 / 04 / 2026
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
23 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
Ən çox oxunanlar