“Rusiya yaxın zamanlarda ayaq üstə dura biləcək. Bu, iqtisadi sahədə də özünü göstərəcək. Nəzərə almaq lazımdır ki, Rusiya və Çinin ortaq iqtisadi maraqları çoxdur. Eyni zamanda, Rusiyanın Hindistanla münasibətləri normaldır. Dünyada artıq üç güc var: ABŞ, Avropa və Asiya”. Dalidag.az xəbər verir ki, politoloq Cümşüd Nuriyev belə düşünür. Onun teleqraf.com-a müsahibəsini təqdim edirik. - Rusiyada konstitusiya dəyişdirildi. Referendum Prezident Putinin istədiyi nəticə ilə başa çatdı. Sizcə, bu

...Heç deməzdim, bərgi-güldü gecələr, üç nöqtədi ya vergüldü gecələr. Fərağımdan göy töküldü gecələr həm də necə.. xatırlamaq necolur? Dalidag.az Paşa Talıblının yeni şeirlərini təqdim edir: *** (Emil Rasimoğlunun "gecə-gecə xatırladım" möhtəşəm misrasının yan-yörəsində halə gətirdiyim şeir) "Gecə-gecə xatırladım" deyirsən... Gecə-gecə xatırlamaq necolur? ...diyar-diyar, şəhər-şəhər, kəndbəkənd, küçə-küçə xatırlamaq necolur? Heç deməzdim, bərgi-güldü gecələr, üç nöqtədi ya vergüldü gecələr.

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövcud vəziyyətlə bağlı sfera.az-a müsahibə verib. Dalidag.az həmin müsahibəni təqdim edir: - Pandemiyadan danışarkən tez-tez koronavirus peyvəndinin olmaması bildirilir. Azərbaycanda kütləvi peyvəndləmə ehtimalı nə qədərdir? - Əvvəla onu deyim ki, peyvəndləmə fəal immunlaşdırılma formasıdır. Bu, xəstəliklərin qarşısının alınmasında effektiv tədbirdir. Misalçün, peyvəndləmə yolu ilə karantin infeksiyasının ən təhlükəli formalarından birini – təbii

Sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Qarabağ münaqişəsinin həlli ilə bağlı redaktor.az-a maraqlı müsahibə verib. O, bir çox məqamlara aydınlıq gətirib. Dalidag.az həmin müsahibəni təqdim edir: - Tofiq müəllim, bildiyiniz kimi Ermənistan rəhbərliyi ilə Rusiya arasında soyuq münasibətlər var. Bu soyuq münasibətlər Qarabağ probleminin sülh yolu ilə həllinə təsir edə bilərmi? - Bəli, hazırda Ermənistan rəhbərliyi ilə Rusiya arasında olan münasibətlər böhran vəziyyətinə doğru gedir.

“Ermənistan tərəfi yenidən müharibəyə başlamaq istəyir. Ancaq işğalçı ölkə bu dəfə törətdiyi təxribata elə cavab alacaq ki, onu heç vaxt unutmayacaq”. Dalidag.az xəbər verir ki, bunu açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib. Onun fikrincə, Rusiya həmişə Ermənistanı öz ordusu kimi silah-sursatla təmin edib. “Ermənistan silahlı qüvvələri artıq Rusiya Silahlı Qüvvələrinin tərkib hissəsidir. Rusiya Ermənistanı kifayət qədər silahla təmin edib. Bunu yalnız

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 42 dəfə pozub. Dalidag.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan
Yazı axını