Reklam
Akif Səmədin son sözü: “Bu əclafların...”
05-07-2020 15:17
Akif Səmədin ölüm xəbərini eşidəndə yanımdakı dostlarımdan biri nədənsə “bir nəfər də öldü” – demədi, “birini də öldürdülər!” – dedi. Mən isə dostumun dediyi sözləri başımla təsdiqlədim; “Bəli, öldürdülər!”. Amma kim öldürdü?... Bunu nə dostum deyə bilərdi, nə də ki mən...Əslində, nadanlıq, cəhalət və tamah içərisində boğulan bu cəmiyyətdə Akif Səmədin ölümü üçün nə qədər səbəb tapmaq olardı.
...Mənə elə gəlir ki, Akif Səməd ölməmişdən öncə mənimlə halallaşdı, boynumu qucaqlayıb iki ay öncə onunla bağlı yazdığım yazıya görə mənə təşəkkür etdi. “Bu əclafların...” dedi. Sözünü İlham Qəhraman yarımçıq kəsib, nəsə soruşdu. Sözü bitmədi, elə ağzındaca yarımçıq qaldı. Amma hardan biləsən ki, gündə yüz dəfə dostların tərəfindən sənə edilən yarımşıq giley-güzarın hansı onların deyəcəyi son sözüdür. Akifin mənə deyəcəkləri isə yarımçıq qaldı.
Ondan ayrılandan yarım saat sonra ölüm xəbərini eşitdim. “Bu əclafların...” sözünü isə indi Akifin mənə deyəcəyi son sözü kimi xatırlayıram. O hansı “əclafları” deyirdi? Onun sonuncu dəfə durub baxdığı yerdən nə qədər desən “əclaf” görsənə bilərdi. Mənə elə gəlirdi ki, bütün öldürülənlərin son sözü elə bu yarımçıq kəlimədən ibarət olub; “bu əclafların...”İnanmırsınız? Onda deyin görüm, Mehdi Hüseyn öləndə son sözü nə olub?
Akif Səməd mənə yalnız son sözünü demədi. Göz-gözə gəldiyimiz anda onun gözlərindəki ölümün işartısını görə bilmədiyim üçün indi özümü qınayıram. Amma o mənim sonuncu şəklimi gözlərinə köçürdü, özü ilə torpağın altına apardı. Bu sətirləri yazan anda düşünürəm ki, düz on il (indi 26 il) əvvəl çap etdirdiyim bir şerimi bəlkə də Akif Səmədə həsr etmişəm. Və bundan sonra bu şeri çap etdirsəm mütləq onu Akif Səmədin xatirəsinə yazılmış şeir kimi təqdim edəcəm.
Kim nə deyir, desin
saralıb, solan çiçəklər
sonuncu gördüyü kəpənək rəngində
düşür torpağa.
Yarpaqların saralmağı
günəşin qürub vaxtına düşür.
Hər şey,
hər şey öləndə
Bir yadigar aparır dünyadan
Mən öləndə,
gözlərimə baxmayın, qardaşlar!
Sizdən qabaq şəklinizi
aparmayım torpağın altına...
İki ay öncə Akif Səməd haqqında yazdığım yazıda (yazının adı – “Hamı xor, Akif Səməd solo”) qeyd etmişdim ki, Akif Səməd Azərbaycan Yazıçılar Birliyinin XI qurultayında sədrliyə öz namizədliyini irəli sürməsi və bu namizədliyə yeganə mandat qaldırmasıyla əslində öz narazılığını ifadə edirdi. Akif bu narazılığın son nöqtəsini isə AYB-nin qarşısında yıxılıb ölməklə qoydu. İndi düşünürəm ki, nə yaxşı vaxtında özümü onun son nəfəsinə çatdırdım, onunla halallaşdım, özümü ona bağışlada bildim...
İlqar İlkin
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 05-07-2020 15:17
Baxış sayı: 3651Yazı axını
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















