Reklam
"Bəzi adətlərimiz cəmiyyət üçün tiryəkdir..." - Cavid Fərzəli
05-07-2020 14:31
Keçən gün Şəmkirdə övladına kiçik toy məclisi (sünnət) düzənləyən vətəndaş İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə müvafiq protokol tərtib olunaraq məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib...
Bu kimi xəbərləri eşidəndə adamın qanı donur. Başımızın üstündən qara buludlar çəkilmək bilməyən bu vaxtda, ay başına dönüm nə olub, nə xəbərdir, axı. Özü də sünnət toyu edirsiz. Mənim məqsədim qınaq deyil, məsələni şəxsiləşdirmək deyil. Əslində bu olay cəmiyyətin iç üzüdür. Ümumiyyətlə dünyanın düz vaxtı sünnət toyu etməyin əlehinəyəm. Bu kimi kiçik hadisəni adət-ənənə saymıram. Bəlkə mən səhv edirəm, siz deyin, axı, bizim kiçik toy səviyyəli köklü adətimiz olmayıb. Təəccüb edirəm. Qaçaq Nəbinin toyuna getməyən cəmiyyət indi sünnət toyuna can atır...Buradan da göründüyü kimi mahiyyət mənəvi dayağa söykənmir. Maddi istəklərin üzərində rəqsə qalxan, şikəst arzular, istəklər... Digər tərəfdən isə ümumən toy qaydalarımızı nigah masasından yığışdırmaq kimi fikirlər dolaşır cəmiyyətimizdə. Ancaq bu göründüyü kimi asan iş deyil. Əvvəlcə onu deyim ki, toy məclisləri yüz minlərlə insanın iş yeridir. Və təxminən cəmiyyətin beş-on faizi bu iş yerləriylə dolanır (Bu rəqəmlərdə səhv edə bilərəm). Öncə cəmiyyətdə bu kimi işlər tənzimlənməlidir. Bu faizlərin yerini doldurmaq üçün yollar axtarılmalıdır. Təbii ki...ölkə qanunları tərəfindən, ölkə idarə etmə sistemləri tərəfindən. Digər tərəfdən isə bu kimi məsələlər mənəvi təsdiqini tapmalıdır. Düşüncə sistemin almalıdır ölkə ictimaiyyəti, ziyalılar tərəfindən, aydınlar tərəfindən. Bizim düşüncəmizə qalsa, ayaqüstü masaların ətrafında bu günün xoşbəxtliyin bir bardaq suyun üzərinə düşən işığın alqırmızı yanağında yaşayarıq.. Ancaq təbii ki, bu fikirlə intelektual gənclik barışa bilər. Başqa cür mümkün deyil. Çünki biz ataya, anaya, görə taleyimizi yazan cəmiyyətik. Nəzərə alsaq ki, yüz illiyin xanlıq dövründən qalan daşlaşmış fikirlər orta nəsilin nümayəndəsidir. Və bu düşüncədən imtinanı özünün inkarı sayır. Bu bizə lap uzaqdır. Bəlkə bunu indiki nəsilin övladları həyata keçirsə, bu hardasa öz-özünə beyinlərdə yuva sala bilər. Digər halda bu yalnız sistemli şəkildə mümkündür. Düşünürəm ki, bunu da xalqın istəkləri çərçivəsində dəyişmək daha məqsədə uyğundur. Çünki xalqın hissiyyatı onun hər şeyidir. Bu lap kiçik şey ola bilər. Xalqın ruhunu əlindən almaq mümkünsüzdür, təhlükəlidir! Bəzi adətlərimiz var ki, o cümlədən toylarımız sırf cəmiyyət üçün tiryəkdir. " Biz adət-ənənələrimizin qorunmasının tərəfindəyik " bu öz yerində. Davamız adət-ənənələrin bayağı halını almasıdır. Dünyanın naz-neymətlərin yemək və bunun ləzzətini ağzının tamını hiss etmək bir zövqdür. Bunun öz yeri var. Ancaq biz toya iki gəncin xoşbəxtliyini görməyə gedirik. Mədəmizi xoşbəxt etməyə yox! Sonra el içində toyda verilən yeməkdən bəhs edilir. Vay o günə ki, orada masada ləpə olmaya. Vəssalam sən batdın. O toy toy deyildir əşi. Bax, budur bizim toylarımızın meyarı. Baxın, cəmiyyətdə ən ali dəyərlərdən biri sayılmaq səviyyəsində digər gərəkli olan dəyərləri ayaqlayır. Məsələn, ailələrdə qız uşaqları toy hərisi ilə böyüdülür, qələm hərisi ilə gələcək həvəsi ilə yox. Gələcək deyəndə cəmiyyətin tərəqqisin nəzərdə tuturam, bioloji inkişafı yox. Bunun üçün təbiət var. Və istənilən halda bu təbiətlə bu baş verəcək. Bu kimi misalları çox çəkmək olar. Ay qardaş, nəyə görə xeyrimizə olan şeyləri lənətləyirik ax. Baxın, indi biz nə qədər barışmasaq da günümüzdə müğənni, müəllimdən, ziyalıdan üstün sayılır (Söhbət toy müğənnisindən gedir). Əsl musiqi sənətdir, sənətkardır. Bu ayrı mövzu. Yəni demək istəyirəm ki, toy müğənnisindən sənə, mənə dəyər, sabah olmaz, əzizim. Biz heç düşünmüşükmü, ölkə xaricindən kənarda özümüzü kim kimi təqdim edəcəyik. Dünya sakini Manaf Ağayevi tanımayacaq. Hardasa Vokalçı Samir Cəfərovu tanıtmaqla qarşılayacaqlar səni, hardasa Flora Kərimovanı tanıtmaqla qarşılayacaqlar səni, Maral Tahirqızıyla yox! Sevgili yurddaşlar, əziz həmvətənlər xoş günlər ümidiylə!
Cavid Fərzəli
Dalidag.az

Kateqoriya: Karusel / Yazarlar
Tarix: 05-07-2020 14:31
Baxış sayı: 3871
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02