Reklam
Kəlbəcərə Böyük Qayıdış: Uğurluyevlər ailəsi doğma yurdlarında - VİDEO
21-10-2025 12:47
Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər rayonunun 27 illik işğaldan azad olunaraq öz doğma sakinlərinə qovuşmasından 5 il ötür. Bu illər ərzində bölgənin yenidən dirçəldilməsi istiqamətində mühüm infrastruktur layihələri həyata keçirilib, yeni yaşayış məhəllələri inşa edilib.Dalidag.az xəbər verir ki, Kəlbəcərdə istifadəyə verilən ilk yaşayış massivinin sakinlərindən biri də Uğurluyevlər ailəsidir.
Kəlbəcər sakini Hikmət Uğurluyev 27 illik həsrətin ardından doğma yurda qayıtmağın həm sevinc, həm də kövrək hislər yaratdığını bildirib:
“Bu illər ərzində Vətən həsrəti bir an belə qəlbimizdən silinməyib. Biz Kəlbəcərdən çıxanda Gəncə xalqı bizə qucaq açdı, övladlarımı orada böyütdüm. Ailəmizdə yeddi nəfərik – mən, həyat yoldaşım, oğlum, gəlinim və üç nəvəm. İndi isə Kəlbəcərdə yeni bir həyat qurmaq üçün çalışırıq. Bu torpaqlarda yaşamaq, o itirilmiş illəri qaytarmaq bizim üçün böyük fərəhdir”.
Ailə üçün ən böyük sevinclərdən biri də nəvələrinin doğma yurdlarında məktəbə getməsidir.
Hikmət Uğurluyevin həyat yoldaşı Afaq Uğurluyeva nəvəsinin artıq 2-ci sinifdə təhsil aldığını deyib:
“Çox sevindim ki, nəvəm öz doğma torpağımızda məktəbə gedir. Burada savadlı, peşəkar müəllimlər çalışır. Arzum budur ki, nəvələrim təhsillərini axıra qədər Kəlbəcərdə davam etdirsinlər”.
Uğurluyevlər ailəsinin gəlini, Sunay Kamranzadə də hazırda Kəlbəcərdə müəllim kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, övladları bu torpaqlara tez uyğunlaşıblar:
“Bura bizə çox doğmadır. Elə bil uşaqlar da burada doğulub böyüyüblər, tez uyğunlaşdılar. Allah Prezidentimizin canını sağ eləsin. Biz onlarla görüşdük o qədər səmimi insanlardır ki... Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu gün burada rahat yaşayırıqsa, onların sayəsindədir”,- o söyləyib.
Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcərə ilk köç 2025-ci il 21 avqust tarixində baş tutub.
Ətraflı Xəzər Xəbərin reportajında:
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 21-10-2025 12:47
Baxış sayı: 3155Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























