Reklam
Zəngəzurun qırmızı lentini şəxsən o kəsəcək - Gevondyan
21-10-2025 10:54
Dalidag.az teleqraf-a istinadla xəbər verir ki, bu barədə erməni politoloq Alen Gevondyan bildirib.
Ekspert qeyd edib ki, “Zəngəzur dəhlizi” ifadəsinə İrəvanın etirazına baxmayaraq, hər şey Bakı və Ankaranın dediyi kimi olacaq.
Alen Gevondyan məsələ ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi mesajlara da diqqət çəkib:
“Vaşinqtonda sənədlərin imzalanmasından sonra bir sıra hadisələr baş verdi, bəlli oldu ki, bu sənədlər hələ heç nə demək deyil, hər şey Bakı və Ankaranın verdiyi qərarlara uyğun olacaq. Bundan sonra Tramp bu məsələyə öz yanaşmasını açıqladı, Əliyev bəyanatlar verdi.
Əliyev BMT, türk ölkələrinin sammiti və digər platformalarda Zəngəzur dəhlizindən danışdı. Paşinyan bundan narahatdır. Bu, Zəngəzur dəhlizini vermək və ya verməmək məsələsi ilə bağlı deyil, onlar çoxdan razılaşıblar, Zəngəzur dəhlizi reallığa çevriləcək. Paşinyan üçün vacibi odur ki, seçkilərə qədər bu mövzu ictimai dövriyyədə olmasın. Seçkilərdən sonra isə o, şəxsən qırmızı lenti kəsərək Zəngəzur dəhlizini açacaq və onu hədiyyə edəcək”.
A.Gevondyan 2026-cı ildə Ermənistan Konstitusiyasının referendum yolu ilə dəyişdiriləcəyini da qeyd edib. Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının Ermənistanın əsas qanunundan çıxarılmasından gedir. Bu, sülh müqaviləsinin imzalanması üçün Bakının tələbidir.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 21-10-2025 10:54
Baxış sayı: 3204Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























