Reklam
Vaqif Aslan:"Gözümdə-könlümdə göyərdib səni, özümü biryolluq unutmağım var..." -ŞEİRLƏR
05-07-2020 16:07
Bu gün AMEA Folklor İnstitutunun Şəki sektorunun rəhbəri, pedaqoq, şair-yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, birliyin Şəki bölməsinin sədri Vaqif Aslanın doğum günüdür.
Vaqif Cumay oğlu Aslanov 1950-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun “Fransız və Azərbaycan dilləri” fakültəsinin məzunudur.
“Ruhlarla söhbət”, “Oğuz elinə salam”, “Qanımdan rəng alan gül” və digər şeir kitablarının müəllifidir. 2009-cu ildə dördcildlik “Seçilmiş əsərləri” işıq üzü görüb. Pol Verlenin “Gözəl nəğmələr” silsiləsini, Öjen Dabinin “Tətil”, Erve Bazenin “Rədd olsun şapkalar” əsərlərini fransız dilindən, Mustay Kərimin “Ay tutulan gecə”, Slavomir Mrojekin “Xoşbəxt hadisə” pyeslərini rus dilindən tərcümə edib.
Dalidag.az olaraq, gözəl şair, dəyərli ziyalı Vaqif Aslanı təbrik edir, sağlam ömür və yaradıçılıq uğurları arzulayırıq.
Sevinc Qəribin təqdimatında şairin bir neçə şeirini oxuculara təqdim edirik:
İLK MƏHƏBBƏTİM
Bulaqsan,.. gözümdən axırsan mənim,
Tüstüsən,.. təpəmdəm çıxırsan mənim.
Dustaqsan,.. könlümdən baxırsan mənim,
Ay ilk məhəbbətim,ilk məhəbbətim.
Sən – ciyər yanğısı, sən – sinəmdə dağ,
Yaxşısan,yamansan,.. mənimsən ancaq.
Üzümə çırpılan şillə, şapalaq,
Ay ilk məhəbbətim ,ilk məhəbbətim.
Sən gah sevinc oldun,gah fəryad,gah ün,..
Kaş ki,dağılaydı mən doğulan gün.
Sən – cavan ömrümə vurulan düyün,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.
İlk dəfə heyrətdən çatılan qaşım,
Oşalanan qolum,əyilən başım.
Sən – vaxtsız yıxılıb qalan başdaşım,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.
SON GÖRÜŞ
Son görüş özü də vüsaldır,düzü,
Duyuram şirindir,.. doya bilmirəm.
Əlimdən nə gəlir? – Yaxşı yol sözü,
Qəlbimdən nə keçir? – deyə bilmirəm.
Başımda fikirlər pərən-pərəndir,
Gözümdə dağların yatır dumanı.
Sənin də ürəyin lap kövrələndir,
Mənim də qəlbimin yoxdur amanı.
Nə var ayrılırıq... Böyük işdi bu?
Nə var,söz vermisən bir özgəsinə.
Axı,nə olsun ki, son görüşdü bu?
Elə son görüş də bəs edər mənə.
Nə olsun?.. Deyirəm, incimirəm mən...
Bu,qəlbin kini yox,nisgilləridir.
Gələcək var olsun, Nəbi demişkən:
– İllər ömürlərin sahilləridir
ONDA BİR YARALI MƏHƏBBƏTİM VAR
Bala,o ağaca balta vurma sən!
Onda gəncliyim var,hərarətim var.
Bala,o ağaca balta vurma sən!
Onda bir yaralı məhəbbətim var.
Mən də cavan idim,mən də sevirdim,..
Sevgimin şahidi o oldu ancaq.
İlk görüş yerimdir,bala,ilk görüş
Onun kölgəsinin düşdüyü torpaq.
Toyumuz çalındı bu ağac altda,
Qovduq uzaqlara qəmi, kədəri.
Biz xoşbəxt adlandıq bütün elatda,
O günlər qayıtmaz, qayıtmaz geri.
Bir gün bu dünyaya göz açdın,bala,
Asıldı beşiyin bax,bu ağacdan.
Bir gün xəstə anan getdi zavala,
Əbədi ayrıldı ax,bu ağacdan.
Ananın ətrini,bala,ay bala,
Bir səndən alıram,bir də ki,ondan.
Dilbilməz baltanı bir yana tulla,
Əl çək birdəfəlik,gəl bu oyundan.
Getməyib sinəmin sızıltıları,
Dinlə dilə gələn bu göz yaşımı.
Sən onu kəsincə, bala, ay bala,
Gəl kəs birdəfəlik mənim başımı.
Bala,o ağaca balta vurma sən,
Onda gəncliyim var,hərarətim var.
Bala,o ağaca balta vurma sən,
Onda bir yaralı məhəbbətim var.
VAR
Sənə demədimmi tərpətmə məni?
Közərib-közərib od tutmağım var.
Gözümdə-könlümdə göyərdib səni,
Özümü biryolluq unutmağım var.
Neynim ki,içimdə tufan çağlayıb?
Bir gözüm gülsə də,biri ağlayıb.
Könlümü hamıdan gizli saxlayıb,
Xəlvəti oxşayıb ovutmağım var.
Qabaqda görməli günlər var hələ,
Nədən doluxsunur gözlərin elə?
Sən nəyin dərdini çəkirsən belə?
Gözümün yaşını qurutmağım var.
Sənə vurulmuşam sən birsən deyə,
Cadusan,tilsimsən,sehirsən deyə.
Məni məndən artıq sevirsən deyə
Bu dəli sevdanı doğrultmağım var.
Çəkdikcə sınağa Vaqif Aslanı,
Bir az da damarda qaynayır qanı.
Sənə nur bəxş edib ulduzlar sanı
Tutqun səmaları durultmağım var.
OYNAYIR
Ey yanğıdan, göynərtidən xəbərsiz,
Gündüz yanan yatmır, gecə oynayır.
Buna görə danışırsan təhərsiz,
Deyirsən ki, almır vecə, oynayır.
Od içinə düşməmisən bircə yol,
Görməmisən ağrını bol, dərdi bol.
Yar yanında sınıb yana düşən qol
Nə biləsən qalxıb necə oynayır.
Deyildirsə can yanğılı, ruh oyaq,
Axı, nə var oynamağa o sayaq?
Haçandır ki, boşa çıxır əl-ayaq,
Oynayanlar çox heç-heçə oynayır.
Hardan bilsin hər havaya süzənlər
Ərzurumdan hündür olub düzənlər.
Kərəm budur, ey yağ içrə üzənlər,
Qaça-qaça, köçə-köçə oynayır.
Bilir məni mən tək oynaq olanlar,
Min yol sınıb, min yol qaynaq olanlar.
Bağrı başı dərddən göynək olanlar
Şəhər-şəhər, küçə-küçə oynayır.
Uca olmaz eşqi uca bilməyən,
Öz dərdini özü quca bilməyən.
Vaqif Aslan Kərəm aça bilməyən
Düymələri aça-aça oynayır.
YAZMIŞAM
Bu da bir nəğmədir, dinlə,sən Allah,
Onu gözlərinə baxıb yazmışam.
Dözə bilməmişəm gözünə, vallah,
Baxdıqca əriyib axıb yazmışam.
Nə qələm olubdur, nə də ki kağız,
Nə də söz tutubdur bu dil, bu ağız.
Gözlərim gözündən köz aldıqca, qız.
Özümü yandırıb, yaxıb yazmışam.
Haçansa açılan haçansa solub,
Alın yazısıdır – nə olub, olub!
Görüb gözlərini, buludtək dolub,
Dəli şimşək kimi çaxıb yazmışam.
Ey gözləri gözəl, olma mənə yad,
Qoy alsın gözlərim gözündən murad.
Halal xoşun olsun, istəyinə çat,
Kəfəni boynuma taxıb yazmışam.
AYRILIQ
Mən sənsiz bu ömrü, günü neynəyim?
İçimi göynədən ünü neynəyim?
Azmı göynəmişdim, bir də göynəyim?
Demişdim olmasın, oldu ayrılıq.
Gözümü qorxudan yoldu ayrılıq.
Nə bilim necəyəm, nətəriyəm mən,
Bütün betərlərin betəriyəm mən.
Gördü ki, bir səndən ötəriyəm mən,
Ayrılıb ayrıca qaldı ayrılıq.
Olanı, qalanı aldı ayrılıq.
Dərdimi ayamı, günəmi deyim?
Hər dəfə demişəm, yenəmi deyim?
Sən olan səmtəmi, yönəmi deyim?
Sınan əl, qırılan qoldu ayrılıq.
Gör məni nə günə saldı ayrılıq.
||
Gəldin də,.. getdin də…
Xoşbəxt ol, var ol.
Şəkləndi üstümə yenə ayrılıq.
Təki sən şad yaşa, sən bəxtiyar ol,
Onsuz da öyrəşib mənə ayrılıq.
Yenə də təkliklə üz-üzə durdum,
Baxıb yollarına boynumu burdum.
Qurduğum sarayı necə uçurdum?
Kaş düşə düşdüyüm günə ayrılıq.
Hanı o duyğular, hislər, hanı bəs
Məni dalğa kimi vuran o nəfəs?
Tellərmi qırıldı, kəsildimi səs,
Biz niyə qoyduq ki, dinə ayrılıq.
YUXARI
Qəribə bir adam gördüm
Ağlı yaşından yuxarı.
Qaldırıb əlhəd daşını
Baxır daşından yuxarı.
Cumub tamahın dibinə,
Qalıb ivinə-ivinə.
Əlləri çatmır cibinə
Qarnı başından yuxarı.
Qarışıqdır ayı, ili,
Alaçiydir hələ gili.
Ağzına sığmayır dili,
Gözü qaşından yuxarı.
Quru bilmir, yaş tanımır,
Ayaq qanmır, baş tanımır.
Öldürsən də aş tanımır
Ehsan aşından yuxarı.
Qəribə bir adam gördüm
Ağlı yaşından yuxarı.
Qaldırıb əlhəd daşını
Baxır daşından yuxarı.
Vaqif Aslan
Dalidag.az
Vaqif Cumay oğlu Aslanov 1950-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun “Fransız və Azərbaycan dilləri” fakültəsinin məzunudur.
“Ruhlarla söhbət”, “Oğuz elinə salam”, “Qanımdan rəng alan gül” və digər şeir kitablarının müəllifidir. 2009-cu ildə dördcildlik “Seçilmiş əsərləri” işıq üzü görüb. Pol Verlenin “Gözəl nəğmələr” silsiləsini, Öjen Dabinin “Tətil”, Erve Bazenin “Rədd olsun şapkalar” əsərlərini fransız dilindən, Mustay Kərimin “Ay tutulan gecə”, Slavomir Mrojekin “Xoşbəxt hadisə” pyeslərini rus dilindən tərcümə edib.
Dalidag.az olaraq, gözəl şair, dəyərli ziyalı Vaqif Aslanı təbrik edir, sağlam ömür və yaradıçılıq uğurları arzulayırıq.
Sevinc Qəribin təqdimatında şairin bir neçə şeirini oxuculara təqdim edirik:
İLK MƏHƏBBƏTİM
Bulaqsan,.. gözümdən axırsan mənim,
Tüstüsən,.. təpəmdəm çıxırsan mənim.
Dustaqsan,.. könlümdən baxırsan mənim,
Ay ilk məhəbbətim,ilk məhəbbətim.
Sən – ciyər yanğısı, sən – sinəmdə dağ,
Yaxşısan,yamansan,.. mənimsən ancaq.
Üzümə çırpılan şillə, şapalaq,
Ay ilk məhəbbətim ,ilk məhəbbətim.
Sən gah sevinc oldun,gah fəryad,gah ün,..
Kaş ki,dağılaydı mən doğulan gün.
Sən – cavan ömrümə vurulan düyün,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.
İlk dəfə heyrətdən çatılan qaşım,
Oşalanan qolum,əyilən başım.
Sən – vaxtsız yıxılıb qalan başdaşım,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.
SON GÖRÜŞ
Son görüş özü də vüsaldır,düzü,
Duyuram şirindir,.. doya bilmirəm.
Əlimdən nə gəlir? – Yaxşı yol sözü,
Qəlbimdən nə keçir? – deyə bilmirəm.
Başımda fikirlər pərən-pərəndir,
Gözümdə dağların yatır dumanı.
Sənin də ürəyin lap kövrələndir,
Mənim də qəlbimin yoxdur amanı.
Nə var ayrılırıq... Böyük işdi bu?
Nə var,söz vermisən bir özgəsinə.
Axı,nə olsun ki, son görüşdü bu?
Elə son görüş də bəs edər mənə.
Nə olsun?.. Deyirəm, incimirəm mən...
Bu,qəlbin kini yox,nisgilləridir.
Gələcək var olsun, Nəbi demişkən:
– İllər ömürlərin sahilləridir
ONDA BİR YARALI MƏHƏBBƏTİM VAR
Bala,o ağaca balta vurma sən!
Onda gəncliyim var,hərarətim var.
Bala,o ağaca balta vurma sən!
Onda bir yaralı məhəbbətim var.
Mən də cavan idim,mən də sevirdim,..
Sevgimin şahidi o oldu ancaq.
İlk görüş yerimdir,bala,ilk görüş
Onun kölgəsinin düşdüyü torpaq.
Toyumuz çalındı bu ağac altda,
Qovduq uzaqlara qəmi, kədəri.
Biz xoşbəxt adlandıq bütün elatda,
O günlər qayıtmaz, qayıtmaz geri.
Bir gün bu dünyaya göz açdın,bala,
Asıldı beşiyin bax,bu ağacdan.
Bir gün xəstə anan getdi zavala,
Əbədi ayrıldı ax,bu ağacdan.
Ananın ətrini,bala,ay bala,
Bir səndən alıram,bir də ki,ondan.
Dilbilməz baltanı bir yana tulla,
Əl çək birdəfəlik,gəl bu oyundan.
Getməyib sinəmin sızıltıları,
Dinlə dilə gələn bu göz yaşımı.
Sən onu kəsincə, bala, ay bala,
Gəl kəs birdəfəlik mənim başımı.
Bala,o ağaca balta vurma sən,
Onda gəncliyim var,hərarətim var.
Bala,o ağaca balta vurma sən,
Onda bir yaralı məhəbbətim var.
VAR
Sənə demədimmi tərpətmə məni?
Közərib-közərib od tutmağım var.
Gözümdə-könlümdə göyərdib səni,
Özümü biryolluq unutmağım var.
Neynim ki,içimdə tufan çağlayıb?
Bir gözüm gülsə də,biri ağlayıb.
Könlümü hamıdan gizli saxlayıb,
Xəlvəti oxşayıb ovutmağım var.
Qabaqda görməli günlər var hələ,
Nədən doluxsunur gözlərin elə?
Sən nəyin dərdini çəkirsən belə?
Gözümün yaşını qurutmağım var.
Sənə vurulmuşam sən birsən deyə,
Cadusan,tilsimsən,sehirsən deyə.
Məni məndən artıq sevirsən deyə
Bu dəli sevdanı doğrultmağım var.
Çəkdikcə sınağa Vaqif Aslanı,
Bir az da damarda qaynayır qanı.
Sənə nur bəxş edib ulduzlar sanı
Tutqun səmaları durultmağım var.
OYNAYIR
Ey yanğıdan, göynərtidən xəbərsiz,
Gündüz yanan yatmır, gecə oynayır.
Buna görə danışırsan təhərsiz,
Deyirsən ki, almır vecə, oynayır.
Od içinə düşməmisən bircə yol,
Görməmisən ağrını bol, dərdi bol.
Yar yanında sınıb yana düşən qol
Nə biləsən qalxıb necə oynayır.
Deyildirsə can yanğılı, ruh oyaq,
Axı, nə var oynamağa o sayaq?
Haçandır ki, boşa çıxır əl-ayaq,
Oynayanlar çox heç-heçə oynayır.
Hardan bilsin hər havaya süzənlər
Ərzurumdan hündür olub düzənlər.
Kərəm budur, ey yağ içrə üzənlər,
Qaça-qaça, köçə-köçə oynayır.
Bilir məni mən tək oynaq olanlar,
Min yol sınıb, min yol qaynaq olanlar.
Bağrı başı dərddən göynək olanlar
Şəhər-şəhər, küçə-küçə oynayır.
Uca olmaz eşqi uca bilməyən,
Öz dərdini özü quca bilməyən.
Vaqif Aslan Kərəm aça bilməyən
Düymələri aça-aça oynayır.
YAZMIŞAM
Bu da bir nəğmədir, dinlə,sən Allah,
Onu gözlərinə baxıb yazmışam.
Dözə bilməmişəm gözünə, vallah,
Baxdıqca əriyib axıb yazmışam.
Nə qələm olubdur, nə də ki kağız,
Nə də söz tutubdur bu dil, bu ağız.
Gözlərim gözündən köz aldıqca, qız.
Özümü yandırıb, yaxıb yazmışam.
Haçansa açılan haçansa solub,
Alın yazısıdır – nə olub, olub!
Görüb gözlərini, buludtək dolub,
Dəli şimşək kimi çaxıb yazmışam.
Ey gözləri gözəl, olma mənə yad,
Qoy alsın gözlərim gözündən murad.
Halal xoşun olsun, istəyinə çat,
Kəfəni boynuma taxıb yazmışam.
AYRILIQ
Mən sənsiz bu ömrü, günü neynəyim?
İçimi göynədən ünü neynəyim?
Azmı göynəmişdim, bir də göynəyim?
Demişdim olmasın, oldu ayrılıq.
Gözümü qorxudan yoldu ayrılıq.
Nə bilim necəyəm, nətəriyəm mən,
Bütün betərlərin betəriyəm mən.
Gördü ki, bir səndən ötəriyəm mən,
Ayrılıb ayrıca qaldı ayrılıq.
Olanı, qalanı aldı ayrılıq.
Dərdimi ayamı, günəmi deyim?
Hər dəfə demişəm, yenəmi deyim?
Sən olan səmtəmi, yönəmi deyim?
Sınan əl, qırılan qoldu ayrılıq.
Gör məni nə günə saldı ayrılıq.
||
Gəldin də,.. getdin də…
Xoşbəxt ol, var ol.
Şəkləndi üstümə yenə ayrılıq.
Təki sən şad yaşa, sən bəxtiyar ol,
Onsuz da öyrəşib mənə ayrılıq.
Yenə də təkliklə üz-üzə durdum,
Baxıb yollarına boynumu burdum.
Qurduğum sarayı necə uçurdum?
Kaş düşə düşdüyüm günə ayrılıq.
Hanı o duyğular, hislər, hanı bəs
Məni dalğa kimi vuran o nəfəs?
Tellərmi qırıldı, kəsildimi səs,
Biz niyə qoyduq ki, dinə ayrılıq.
YUXARI
Qəribə bir adam gördüm
Ağlı yaşından yuxarı.
Qaldırıb əlhəd daşını
Baxır daşından yuxarı.
Cumub tamahın dibinə,
Qalıb ivinə-ivinə.
Əlləri çatmır cibinə
Qarnı başından yuxarı.
Qarışıqdır ayı, ili,
Alaçiydir hələ gili.
Ağzına sığmayır dili,
Gözü qaşından yuxarı.
Quru bilmir, yaş tanımır,
Ayaq qanmır, baş tanımır.
Öldürsən də aş tanımır
Ehsan aşından yuxarı.
Qəribə bir adam gördüm
Ağlı yaşından yuxarı.
Qaldırıb əlhəd daşını
Baxır daşından yuxarı.
Vaqif Aslan
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 05-07-2020 16:07
Baxış sayı: 4902
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02