Reklam
Almaniyada türk əsilli məmurun XİN-ə təyinatı ermənipərəstləri qəzəbləndirdi
30-07-2020 18:09
Almaniya Xarici İşlər Nazirliyi mədəni siyasət idarəsinə daxil olan, dinlərin birgə mövcudluğu bölməsinə yeni rəhbərin təyinatı ölkədə Türkiyə düşməni, ermənipərəst siyasətçiləri qəzəbləndirib.
Xarici agentliklər xəbər verir ki, bu vəzifəyə Almaniya müsəlmanlarının mərkəzi şurasının sədr müavini Nurham Soykan təyin eidlib.
Nurhan Soykan 2016-cı ildə qondarma soyqırımın Bundestaqda tanınmasına qarşı sərt çıxışları ilə tanınırdı.
Almaniya Bundestaqının Cənubi Qafqaz parlament qrupunun sədr müavinləri Albert Vayler (Xristian-demokrat) və Til Mansmann (Azad demokratlar) bununla bağlı xüsusi bəynatla çıxış ediblər.
Albert Vaylerin adından yayılan press-relizdə Nurhan Soykanın belə bir vəzifəyə gətirilməsinin Almaniya-Ermənistan münasibətlərinin inkişafına təhlükə olduğu qeyd edilib. Albert Vayler bunu hətta ölkə konstitusiyasına zidd hərəkət adlandırıb. Türkiyəyə qarşı pataloji nifrət bəsləyən bu adam işi hətta bu yaxınlarda Türkiyənin Aya Sofiya məbəd-muzeyinin məscidə çevrilməsi barədə son qərarına qədər çıxarıb. O, rəsmi Ankaranı xristian mədəniyyətinin izlərini silmək cəhdində belə suçlayıb.
Til Mansmann isə Nurhan Soykanın vaxtilə qondarma soyqırıma dəstək verən türk əsilli deputatlara qarşı çıxışlarını xatırladıb, onun türk millətçiləri ilə sıx bağlantıları olduğunu deyib.
İşə təbii ki erməni diasporu da əl uzadıb. Almaniya erməni yeparxiyası XİN-də əslində kiçik vəzifə sayılan bu təyinatla əlaqədar xüsusi bəyanat verib və müvafiq quruma etiraz məktubu göndərib.musavat.com
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 30-07-2020 18:09
Baxış sayı: 4389Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20





























