Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz funksiyalarını ölkəmizin ərazisində koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşını almaq məqsədilə həyata keçirilən dövlət tədbirləri çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və qaydalara uyğun olaraq yerinə yetirir. Komitə sədri Rövşən Rzayev bu gün növbəti videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib,

Serbiyanın müvəqqəti işlər vəkili Serbiyanın Ermənistana silah göndərməsi ilə bağlı məlumatdan xəbərsiz olduğunu bildirib. Dalidag.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən mətbuat konfransında deyib. L.Abdullayeva bildirib ki, müvəqqəti işlər vəkili hadisədən xəbərsiz olduğunu və baş verənlərdən təəssüf etdiyi bildirib: "O bildirdi ki, bu məsələ ilə bağlı öz ölkəsinin rəhbərliyinə məlumat verəcək və ümid etdiyini bildirib

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq

Misirdə "Mummy Project" tədqiqat qrupu sirli "qışqıran qadının mumiyası"nı təhlil edib. "Ahram Onlayn" xəbər verir ki, bunun üçün kompüter tomoqrafiyadan istifadə edilib. Nəticələrə əsasən məlum olub ki, təxminən 3000 il əvvəl Misir şahzadəsi olduğu təxmin edilən qadın ürək tutmasından ölüb. Tədqiqat tanınmış misiroloq Zaha Havass və Qahirə Universitetinin rentgenoloq professoru Sahar Səlimin başçılıq etdiyi qrup tərəfindən aparılıb. Sözügedən mumiya elmə iki "qışqıran mumiya" kimi məlum

Həkim-jurnalist, "Qafqaz-media” İctimai Birliyinin rəhbəri Azadə-Taleh Abbaszadənin gənc oğlu vəfat edib. Dalidag.az bildirir ki, bu barədə şair-jurnalist Dəyanət Osmanlı məlumat verib: "Borçalının dəyərli təssübkeş ziyalısı, "Borçalı" İB-nin Qadınlar şurasının sədri, "Qafqaz-media” İctimai Birliyinin rəhbəri, fəal ictimaiyyətçi Hacı Azadə-Taleh Abbaszadənin əziz oğlu Taleh Hüseynov bu gün (dünən-red.) ürək tutmasından dünyasını dəyişib. Qəfil ağır itkidən kədərləndiyimizi bildirir, dərin

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sərtləşdirilmiş xüsusi karantin rejimi 2020-ci il 5 avqust saat 06:00-dək davam edəcək. Dalidag.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib. Qeyd olunan ərazilərdə sərtləşdirilmiş xüsusi karantin rejiminin 20 iyul saat 06.00-da başa çatması nəzərdə

Roma Papası Fransisk Ermənistan və Azərbaycanı iki ölkə arasında mövcud olan uzunmüddətli problemin həllinə sülh yolu ilə nail olmağa çağırıb. Dalidag.az xəbər verir ki, o, son günlər baş verənlərdən narahatlığını ifadə edib. "Mən son günlər Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında hərbi gərginliyin kəskinləşməsini narahatlıqla izləyirəm", - deyə, pontifik bildirib. Papa Fransisk son döyüşlərdə ölənlərin ailələri üçün dua edəcəyini vəd verib. Dalidag.az

Namiq ZAMAN 1971-ci ildə Laçın rayonunun Zağaltı kəndində doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Çeşidli adlar altında nəşr olunan qəzet-jurnal, almanax, onlayn sayt və dərgilərdə şeirləri, hekayələri, publisistik yazıları dərc olunub. Bu ilin əvvəllərində “Qanun” nəşriyyatında “Səni düşünürəm” adlı şeirlər kitabı nəşr olunub. “Bənövşə” jurnalşnın əməkdaşı, AYB-nin Mingəçevir bölməsinin ən istedadlı üzvlərindən biridir. Laçın rayonunun işğalından sonra müvəqqəti olaraq

2020-ci il, 14 iyul gecəsi Azərbaycan tarixinin yeni səhifələrindən biri kimi tarixdə qalacaq. Tovuz istiqamətində gedən şiddətli döyüşlər, generalımız Polad Həşimovun şəhid olması bütün ölkəni məhvərindən tərpətmişdi. Həmin gecə əsasən gənclərdən təşəkkül tapan kütlə ordumuza və dövlətə dəstək üçün əvvəlcə Azadlıq meydanına toplaşmışdı, sonra Şəhidlər Xiyabanına doğru yürüş etmişdi. Yürüş iştirakçılarının niyyəti ülvi, pak idi və böyük bir kütlə Qarabağ, Azərbaycan, ordu və şəhidlər üçün bir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 70 dəfə pozub. Dalidag.az-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir. Ermənistan Respublikası Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız
Yazı axını