Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək keçiriləcək birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin Bakıya gəlməsi münasibətilə təntənəli qarşılanma mərasimi olub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən

İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu vəfat edib. Dalidag.az-ın məlumatına görə, o, bu gün həyatını itirib. Faktı TƏBİB-dən təsdiqləyiblər. Bildirilib ki, Ə. Fəqanoğlu bu gün səhər dünyasını dəyişib. Qeyd edək ki, COVID-19 testinin nəticəsi pozitiv çıxan Əmrah Fəqanoğlu "Yeni klinika"da müalicə olunurdu. Dalidag.az

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən

Sahib Əkbərov Əzizimiz, doğmaların istəklisi, kəlbəcərlilərin sayılıb-seçilmiş ziyalılarının ön sırasında olan - Kəlbəcərdə kişi kimi vəzifə sahibi olmuş Sahib müəllim! Kəlbəcərlilər sizi hamıdan, hər kəsdən çox istəyib!!! Çünki Kəlbəcərdə qurub-yaratdınız, qorudunuz yurdunuzu, sizi çıxardıb, torpağı düşmənə verdilər! Buna görə kəlbəcərlilər sizdən doymadılar! O ağır günlərdə yeganə Siz rəhbərlikdən uzaq olsanız da, onların yanında - Murovdağda "qorxma-qorxma!" deyib, yolda-rizdə qalanların

Emin Əmrullayev Təhsil naziri təyin edilib. Dalidag.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsində çalışırdı. Dalidag.az

"Polad Həşimov kimi insanlar haqda həmişə əsərlərdə oxumuşam. Onlar mənə çox şablon gəlirdi. Elə bilirdim belə insanlar yoxdur, yaşamır". Dalidag.az bildirir ki, bu sözləri şəhid general-mayor Polad Həşimovun xanımı Ofelya Salmanova "Real TV"nin "Profil" verilişində danışıb: "Polad Həşimovla 17 il bir yerdə yaşadım. Gördüm ki, o həqiqətən bütün canı, qanı ilə vətənə bağlı insan idi və bunu dildə yox əməlində göstərirdi. Övladlarını da elə böyüdürdü. Onlara heç vaxt vətən haqqında pafoslu sözlər

Suriyanın şimal-şərqindəki Rasulayn şəhərində terror aktı törədilib. Bu barədə “SANA” agentliyi məlumat yayıb. Partlayış 8 nəfərin ölümünə, 10-dan çox insanın yaralanmasına səbəb olub. “Al Arabiya” telekanalının məlumatına görə, hadisə bazarın yaxınlığında qeydə alınıb. Belə ki, avtomobilin içərisində olan partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində 19 nəfər yaralanıb. Xatırladaq ki, Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Rasulayn şəhəri ötən il Türkiyə Silahlı Qüvvələrinin qoşun

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat verib. İcmadan verilən məlumata görə, son günlər Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi təcavüz fonunda, dünyanın müxtəlif ölkələrində diplomatik nümayəndəliklərimiz və soydaşlarımıza qarşı radikal erməni qrupları tərəfindən barbarcasına mütəşəkkil hücumlar təşkil edilib. Bəyanatda qeyd edilib ki, bütün bunlar Ermənistan rəhbərliyinin illərlə yürütdüyü

Türkiyədə yüz minə yaxın qanunsuz erməni miqrantı yaşayır. Onların ölkələrinə nə üçün geri qaytarılmadığı hər zaman müzakirə mövzusudur. Hər kəsə bəllidir ki, ermənilər Türkiyəyə ərazi iddiaları irəli sürür, hər yerdə türklərə təhdid yaradırlar. Amma bütün bunlara baxmayaraq, qardaş ölkə qanunsuz erməni miqrantlarını ölkədən çıxarmağa tələsmir. Vaxtilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan humanizm anlayışına görə buna getmədiklərini bildirmişdi. Amma indi situasiya tamam dəyişib.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub. Mudafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan
Yazı axını