Reklam
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin BƏYANATI
26-07-2020 10:20
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat verib.İcmadan verilən məlumata görə, son günlər Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi təcavüz fonunda, dünyanın müxtəlif ölkələrində diplomatik nümayəndəliklərimiz və soydaşlarımıza qarşı radikal erməni qrupları tərəfindən barbarcasına mütəşəkkil hücumlar təşkil edilib.
Bəyanatda qeyd edilib ki, bütün bunlar Ermənistan rəhbərliyinin illərlə yürütdüyü Azərbaycanfobiya siyasətinin nəticəsidir və hazırkı Paşiniyan hakimiyyəti də bunu təşviq edir: ‘Vaxtilə azərbaycanlıları hədəfə alan nifrət kampaniyaları Azərbaycan xalqının əsrlərdir yaşadığı ata-baba yurdlarından etnik təmizləməyə məruz qalması ilə nəticələnmişdi. Təəssüflər olsun ki, indi Azərbaycan xalqına qarşı növbəti nifrət kampaniyasına şahid oluruq. Amma Ermənistan rəhbərliyinin bizə qarşı nifrət aşılayaraq, Azərbaycan Respublikasından yeni ərazi qoparmaq planları bu dəfə tam iflasa uğrayacaq və əks effekt verəcək. Ermənistan-Azərbaycan münaqişəsinin həllini dəstəkləyən bəyanat və çağırışlarımız nəinki Ermənistan tərəfindən qəbul edilməyib, hətta bizim mövcudluğumuz inkar edilib və Ermənistan rəhbərliyinin əlaltıları tərəfindən nifrət dolu mesajlara məruz qoyulmuşuq. Soydaşlarımızın dünya boyu sərgilədiyi vətəndaş mövqeyi bizi hədsiz ruhlandırır. İstər səngərdə, istərsə də xarici ölkələrdə Azərbaycan bayrağına nifrət dolu gözlərlə baxan ASALA təfəkkürlü ermənilərin qarşısında möhkəm dayanan bütün azərbaycanlı qardaş və bacılarımızla qürur duyuruq! Dəyərli soydaşlarımızı erməni təxribatlarına uymadan soyuqqanlı davranmağa və özlərini mümkün erməni terror hücumlarından qorumağa çağırırıq”.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 26-07-2020 10:20
Baxış sayı: 5789Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























