Reklam
"Kəlbəcərdə qurub-yaratdınız, sizi çıxardıb, torpağı düşmənə verdilər!"
27-07-2020 20:24
Sahib Əkbərov
Əzizimiz, doğmaların istəklisi, kəlbəcərlilərin sayılıb-seçilmiş ziyalılarının ön sırasında olan - Kəlbəcərdə kişi kimi vəzifə sahibi olmuş Sahib müəllim! Kəlbəcərlilər sizi hamıdan, hər kəsdən çox istəyib!!!
Çünki Kəlbəcərdə qurub-yaratdınız, qorudunuz yurdunuzu, sizi çıxardıb, torpağı düşmənə verdilər! Buna görə kəlbəcərlilər sizdən doymadılar! O ağır günlərdə yeganə Siz rəhbərlikdən uzaq olsanız da, onların yanında - Murovdağda "qorxma-qorxma!" deyib, yolda-rizdə qalanların qolundan tutmuşdunuz, gözlərimlə gördüm... Allah sizi qorusun! Kəlbəcərdəki Yeni şəhərin memarı və qurucusu Sahib Əkbərovu deyirəm!!! Bilirsiz də, onun dayısı Mədət kişi Kəlbəcər Milis İdarəsinin rəisi işləmişdi. Onun da başına and içmişdilər: haqq-ədaləti müdafiə etdiyinə görə. İsa Cahangirovla Məhərrəm Cahangirovlar isə respublika miqyasında sayılıb-seçilən (Mir Cəfər Bağırovun hakimiyyəti illərində DTK-nın Bakı şəhər üzrə rəisi vəzifələrində olanda da bir nəfər onlardan inciməmişdi, hətta, adları “Yeraltı çaylar dənizə axır”, “Qara volqa” kitablarında da çəkilir.
Sahib müəllim!
Sizin haqqınızda iki-üç sətirlik təbrikdə heç nə deyə bilməyəcəyəm! Siz Dağlıq Qarabağ Komitəsinin sədri V. Polyaniçkoya təsir göstərərək Kəlbəcərdə ilk şəhid olan 8 məktəbyaşlı oğlan uşaqlarının şərəfinə abidə qoyulmasına da nail oldunuz. Sağ olun ki, həmin abidə kompleksinin təşəbbüskarı və qurucusu olan Nizami Şirin oğlu Həsənov bu gün də həmin xidmətlərinizi unutmur!
Siz o qədər sadə, səmimi, təvazökar ziyalımızsınız ki, doğum gününüzü başqaları kimi təmtəraqlı qeyd etməkdən uzaqsınız, Kəlbəcərdə də bunu hiss eləmədik, didərginlik illərimizdə də. Tanrı Sizi sevir, bəndələr də üstəlik! Tanrı sevməyəni, bəndələr sevə bilməz, qardaş!
Sizi doğum gününüz münasibətilə qardaşım İbrahimlə ailələrimiz adından, eləcə də qohum-əqrabalarımızın dili ilə uzaqdan-uzağa bağrıma basaraq təbrik edirəm! Tanrı Sizi vaxtilə qurub-yaratdığınız Kəlbəcərin Yeni şəhərinə (darmadağın olsa da) qaytarsın. Ad gününüzü-yubileylərinizi o dağlarda - Dikyurdda, Şirinbulaqda (uşaqlıq illəriniz keçən ) Yazyurdunda, Çanaqdaşda, Xəndəklərdə, Dərəqışlağın Daş bulağında, Ağbulaqda, Yoxuş bulaqda, Sarıbulaqda... İsmayılqayıran bulaqda- (bura zirvədir) qaytarsın, amin! Balalarınız, nəvələriniz Sizi bax beləcə həmişə əzizləsinlər! 100 yaşayın, amma, sağlam yaşayın, Sahib Əkbərov!!!
Hörmət və ehtiramla:
Məhəmməd Nərimanoğlu,
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 27-07-2020 20:24
Baxış sayı: 31 018
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23